ANA SƏHİFƏ / HADİSƏ

Bakıdakı güclü yanğın söndürülüb - 40 nəfər təxliyə olunub - Yenilənib

3968    |   2017-11-10 13:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "AFEN PLAZA" biznes mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən 40 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

***
Bakıda biznes mərkəzində baş verən yanğın söndürülüb.

Təxminən bir saata yaxın davam edən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "AFEN PLAZA" biznes mərkəzinin dam örtüyündə yanğın müşahidə olunur.

Adalet.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğının söndürülməsi istiqamətində işlər və digər xilasetmə tədbirləri həyata keçirilir.

***
Yanğın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli 119 C ünvanında "AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.

Yanğın biznes mərkəzinin yuxarı mərtəbəsində baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub. Biznes mərkəzdən insanlar təxliyyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2018-09-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK