ANA SƏHİFƏ / MARAQLI

Dünyanın sonu gəlir? - Astroloq: “Aldanmayın!”

2973    |   2017-11-10 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlərdə daha bir öncəgörən-ekstrasens özünün səs-küylü açıqlaması ilə dünyanı təşvişə salıb. Bir neçə gün əvvəl hindistanlı Babu Kalayil adlı öncəgörən tezliklə güclü yeraltı təkanların olacağını və 11 ölkənin dəhşətli dağıntılara məruz qalacağını bildirib. Bu ölkələrə Yaponiya, Çin də aid edilir.

Son vaxtlar "dünyanın sonu yaxınlaşır”, "dünya böyük bir fəlakətin astanasında” kimi xəbərlər müxtəlif sosial şəbəkələrdə də baş alıb getməkdədir. Bu xəbərlərin ictimailəşdirilməsi insanlarda istər-istəməz böyük qorxu yaradır.


Tanınmış astroloq Firudin Qurbansoy bildirib ki, bir çox insanlar bu cür xəbərlərə aldanır: " Ruhu zəif olan insanlar bu cür xəbərlərə aldanaraq, əllərində olan bütün ehtiyat pullarını xərcləyir. Məsələn, qədim maya təqvimi ilə 2012-ci il dekabrın 21-i hadisəsini götürək. Bu şayiəyə aldananlar sadəcə həmin biznesi idarə edən şəxslərin varlanmasına şərait yaratdılar. Bu gün də həmin biznesi idarə edənlər insanların zəif nöqtəsindən istifadə edib, varlanırlar. 2-3 il əvvəldən bu biznesmenlər dünyanın dağılacağını ya da güclü fəlakətin baş verəcəyini xəbər verirlər. Bunda əsas məqsəd yenə insanları qorxudub, bu yollarla varlanmaqdır”.


Firudin Qurbansoy qeyd edib ki, bu yaxınlarda "Nibiru əfsanəsi”ni dünyanın sonunun gəlməsi kimi qeyd edirdilər. Bunu da maya təqvimi ilə əlaqələndirirdilər.


"Amma ümumiyyətlə Nibiru sözü mayalıların tarixində yoxdur. Bu, şumer əfsanəsidir. Bu əfsanədə də dünyanın sonuna dair tarix yoxdur. Bəzən bu yalanları NASA-nın adı ilə bağlayırlar. NASA ciddi təşkilatdır və belə informasiyalar verə bilməz”.




İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK