ANA SƏHİFƏ / TEXNOLOGİYA

“Whatsapp”a qoşulanlar, saxtakarlıq var, diqqətli olun!

2804    |   2017-11-10 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1 milyondan çox Andorid istifadəçisi saxta "Whatsapp” yükləyib. Loqosu və digər vizual özəllikləri ilə həqiqisindən fəqlənməyən saxta proqram "Google Play” üzərindən endirilib. Eyni problem "Facebook” tətbiqinin yüklənməsində də baş vermişdi.

Məsələ ilə bağlı danışan informasiya texnologiyaları üzrə mütəxəsis Rəşad İbrahimov problemin son dərəcə ciddi olduğunu qeyd edib və bunun istifadəçilərə vurduğu zərər barədə danışıb:

"Bu tip proqramlar özü ilə bərabər əlavə reklam xarakterli proqramlar və toolbarları da elektron cihazımıza yükləmiş olur ki, bu da normal işləyən cihazda donmalara, gərəksiz yerə bildirişlərin gəlməsinə və hətta şəxsi məlumatların oğurluğuna qədər gətirib çıxarır. Adətən bu proqramlara giriş edərkən lazımsız marka reklamları, pornoqrafik tərkibli reklam banerleri insanı qarşılayır. Məlumatsız insan hansısa reklamı click etdikdə artıq arxa planda reklamdan yönləndirilən link vasitəsi ilə cihaza əlavə proqramlar quraşdırılır”

İl ərzində minlərlə insan bu tip proqramları yüklədiyinə görə kiberhücuma məruz qalır. Mütəxəsis bildirib ki, insanlar proqram yükləyərkən son dərəcə diqqətli olmalı və yükləmə etməzdən əvvəl tətbiqi hərtərəfli yoxlamalıdırlar:


"Əvvələ yüklədikləri proqramları "Google.az” və ya hansısa brauzerlərdən yox, "App Store”, "Google Play”in tərkibindən yükləməlidirlər. Biri var hansısa proqram təminatını "Apple” şirkəti istifadəyə verir, biri də var "Apple Aze” adlı hər hansı naməlum istifadəçi. Əgər doğru bazadan yükləyirlərsə, o zaman proqramların reytinqinə, yükləyib istifadə edənlərin rəylərinə diqqət etməlidirlər”.


Qeyd edək ki, "Google Play”in "Whatsapp” kimi proqramın marka kimliyini qoruya bilməməsinin səbəbləri sırasında "rəqabət” faktoru da var. Çünki "Whatsapp” "Google”un böyük rəqiblərindən olan "Facebook”un sahib olduğu platformalardan biridir.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK