adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Noyabr 2017 23:03
3692
HADİSƏ
A- A+

2 azyaşlı xilas edildi

Bakıda köməksiz vəziyyətdə qalmış uşaqlar xilas ediliblər.

Adalet.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Sabunçu rayonunda 2 azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.