adalet.az header logo
  • Bakı 20°C
09 Noyabr 2017 17:11
18092
KRİMİNAL
A- A+

Metroda mobil telefon oğurlayan şəxs saxlanılıb

Bakı Metropolitenində oğurluq etmiş şəxs saxlanılıb.

Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də metronun "Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.