adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Noyabr 2017 14:56
24952
MƏDƏNİYYƏT
A- A+

Mənsum İbrahimovun daha bir tələbəsi teatr səhnəsində

Noyabrın 8-də Dövlət Akademik Opera və Balet teatrında növbəti dəfə Leyli və Məcnun operası tamaşaçılara təqdim olunub. 

Adalet.az xəbər verir ki, 3 pərdədən ibarət olan tamaşada baş rolları Xalq artisti Gülyaz Məmmədova (Leyli ) və Əməkdar artist,prezident mükafatçısı Səbuhi İbayev ifa ediblər. Möhtəşəm keçən tamaşa teatrsevərlər tərəfindən böyük maraqla,sürəkli alqışla qarşılanıb. Bu dəfəki tamaşada İbn Səlam obrazını yeni bir iştirakçı canlandırıb.Səs imkanları və aktyorluq məharəti ilə tamaşaçılarda böyük maraq yaradan yeni iştirakçı professor Mənsum İbrahimovun tələbəsi, 2017 Televiziya Muğam müsabiqəsinin qaliblərindən Nurlan Namazov olub. Qeyd edək ki,tamaşanı izləyən tamaşaçılar arasında Xalq artisti Mənsum İbrahimov da görünüb,sona qədər tamaşanın izləyicisi olub.