adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Noyabr 2017 11:30
15514
SİYASƏT
A- A+

İsrail səfiri qərb rayonlarına səfər edib

İsrailin Azərbaycandakı səfiri Dan Stav və səfirin müavini Avital Rosenberq Azərbaycanın qərb rayonlarına səfər ediblər.

İsrailin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla İsrail arasında daha dərin əməkdaşlıq imkanlarını tədqiq etməkdir. Səfərin ilk günü onlar Ağstafada rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüblər. Görüşdə onlara rayonun iqtisadiyyatı və tarixi barədə məlumat verilib. RİH başçısı səfir və səfirin müavininə vacib sənaye və mədəniyyət obyektlərini göstərib.

Nümayəndə heyəti səfərin ilk günündə alman kəndi olan Vurğun kəndinə baş çəkiblər.