adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Noyabr 2017 00:07
9265
GÜNDƏM
A- A+

MODERNLƏŞƏN QƏDİM ŞƏKİ


(əvvəli ötən saylarımızda)

Məhz cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda meyvə, tərəvəz, istixana təsərrüfatı, povloniya ağaclarının yetişdirilməsi, orqanik gübrə istehsalı və qoz ağaclarının əkilməsi üçün böyük "Sənaye - Aqro Park" yaradılmışdır. Bu məqsədlə Şəki şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 9 min hektar torpaq sahəsi ayrılmışdır.
Hazırda bağda 200 nəfər işlə təmin olunmuşdur. Ərazidən bu il 500 tona yaxın məhsul əldə olunmuş və yerli bazarlara çıxarılmışdır. Bu layihə ixrac layihəsidir. Gələn il məhsulun xarici bazarlara çıxarılması üçün məqsədyönlü iş aparılır.

Abadlıq, quruculuq...

2017-ci ildə Şəkidə görüləcək tikinti, təmir və abadlıq işləri müəyyənləşdirilmiş, şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə şəhərdə aparılacaq yolların əsaslı təmiri və abadlıq işlərinin titul siyahısı təsdiqlənmişdir.
Əvvəlki illərdə olduğu kimi 2017-ci ildə də Şəki rayonu ərazisində respublikanın ayrı-ayrı nazirlik və komitələrinin sifarişi ilə tikinti işləri davam etdirilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq 2017-ci ildə Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 3-cü mərhələsinə başlanılmış və işlər sürətlə davam etdirilir.
"ASAN" Xidmətin Şəki Ərazi idarəsi üçün binanın tikintisi və "ASAN-ABAD" Keramika Mərkəzi layihəsi çərçivəsində ayrılmış binanın əsaslı təmiri işlərinə başlanmış, 624 yerlik Baş Zəyzid kənd tam orta məktəbinin binasının cari ildə tikintisinin başa çatdırılması nəzərdə tutulmuşdur.
Həmçinin Şəki bələdiyyəsinin müraciətinə əsasən Şəki şəhərində 80 yerlik Qarışıq tipli Uşaq Evinin tikintisinə icazə verilmiş və tikinti işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulmuşdur.
2017-ci ilin 9 ayı ərzində "Azəravtoyol" ASC-nin sifarişi ilə Şəki "12 №-li Yol İstismarı" MMC tərəfindən ümumi uzunluğu 17,1 km olan Şəki-Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunda tikinti işləri davam etdirilmişdir. Həmçinin "Yol İstismarı" MMC tərəfindən Şəki şəhər Marxal İstirahət Zonasına gedən 6,4 km uzunluğu olan avtomobil yolunda asfalt beton örtük qoyulması üçün torpaq yatağının hazırlıq işləri başa çatdırılmışdır.

Təhsil

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Şəkinin təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişməsi işini şərəflə yerinə yetirir. Sevindirici haldır ki, rayonun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə böyük uğur qazanmışdır. Bu il ali məktəbə qəbul üçün ərizə vermiş 1090 nəfərdən 674 nəfəri tələbə adını qazanmış, 145 nəfəri 500-dən, o cümlədən 60 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə şəhər 11 №-li tam orta məktəbin müəllimi Balaşova Gülxanım "Tərəqqi" medalına, şəhər təhsil şöbəsinin metodiki kabinetinin müdiri İbrahimova Firəngiz isə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

Səhiyyə

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2017-ci ilin 9 ayında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.

Mədəniyyət

2017-ci ilin 9 ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur. "Avropa Avtobus Turu-2017" layihəsinin "Şəki Avropa şəhərciyi" tədbiri çərçivəsində sentyabrın 23-də Şəki şəhərindəki "Marxal" müalicə-istirahət kompleksində Şəki şəhəri rəhbərliyi ilə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin və səfirlikləri təmsil edən şəxslərin görüşü olmuşdur. Layihənin məqsədi Azərbaycanın regionlarında insanları Avropa İttifaqı barədə məlumatlandırmaq, Avropa dəyərləri və mədəniyyəti ilə yaxından tanış etmək idi. Görüş zamanı Avropa İttifaqına üzv olan dövlətlərin nümayəndələri və şəhər rəhbərliyi gələcəkdə Şəki şəhərində həyata keçirmək istədikləri layihələri və təşəbbüsləri birgə müzakirə etmək imkanı əldə etmişdir.

Hüquq

2017-ci ilin 9 ayında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 205 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınan cinayətlərdən 98,4 faizinin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 34 fakt aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2017-ci ilin 9 ayında 566 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

Uğurlu davam

Şəkidə abaqlıq, tikinti-quruculuq, eyni zamanda təsərrüfat və sənaye sahələrində işlər uğurla aparılır. Həmişəki kimi bu şəhərdə müxtəlif mədəni-kütləvi tədbirlər, respublika miqyaslı bayramlar, festivallar davam etməkdədir.