adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Noyabr 2017 18:13
12236
SİYASƏT
A- A+

Prezident kralı təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Kamboca kralı Norodom Sihamoniyə məktub göndərib.

Adalet.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Əlahəzrət, Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına əmin-amanlıq və rifah diləyirəm”.