adalet.az header logo
  • Bakı 16°C
08 Noyabr 2017 17:37
17715
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Dövlət Bayrağı Günü qeyd olunub

Noyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə tədbirlər keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müstəqilliyimizin əsas atributlarından olan bayrağımız haqqında ümumi məlumat verilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 9 Noyabr-Dövlət Bayrağı Gününüxalqımız və dövlətimiz üçün möhtəşəm bir tarixi hadisə kimi xarakterizə edib: "Bu günüçrəngli bayrağımızın ilk dəfə dövlət rəmzi kimi dalğalandığı gündür. 1918-ci ildən təqribən 100 il keçir, amma bu bayraq eləvaxt olub ki, səmada,elə vaxt olub ki, ürəklərdə dalğalanıb. "Bir daha yüksələn bayraq bir daha enməz” şüarını ulu öndərimiz Heydər Əliyev Azərbaycanın ən ağır vaxtlarında Naxçıvanda həyata keçirib.

1991-ci ildə Naxçıvan Ali Məclisi bayrağımızı ilk dəfə olaraq Sovet İttifaqında müstəqil bir dövlətin bayrağı kimi dalğalandırıb. Bu da əslində hakim rejimə qarşı bir üsyan, onun yoxluğuna imza atan bir addım idi. Ulu öndərin bu addımı bütün Azərbaycana sirayət etdi və ölkəmiz üçrəngli bayrağını nəhayət ki, bütün hüdudlarımız boyu dalğalandıra bildi. Bu gün Azərbaycanın bayrağı müxtəlif konfranslarda, forumlarda dalğalanır, ölkə prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və qəbul edilməsi üçün əlindən gələni edir, bütün xalqımız da bu yolda cəsarətlə və inamla addımlayır”.

"Üçrəngli bayrağınla məsud yaşa”-deyən rektor K.Abdulla qeyd edib ki,biz müstəqillik yolunda daha gözəl gələcəyi fəth edəcəyik.

Tədbirin bədii hissəsində müxtəlif musiqi nömrələri səsləndirilib,"Dalğa” rəqs ansamblının ifasında rəqslər nümayiş olunub. Tədbirdə tanınmış müğənni Elnarə Xəlilova da mahnılar ifa edib.

Əlamətdar günlə bağlı daha bir tədbir ADU-nundigər tədris binasındakeçirilib. Tədbirdə tələbələr bayrağımızın tarixi ilə bağlı geniş məlumat verərək, 2015-ci ilin Aprel döyüşlərində strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımızın sancılmasından söz açıblar.

Tədbirdə Xalq şairi Səməd Vurğunun "Azərbaycan”, Bəxtiyar Vahabzadənin "Bayraq” şeirləri Azərbaycan, rus, fransız və ingilis dillərində səsləndirilib, musiqili kompozisiyalar nümayiş olunub.

Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbir üçrəngli bayrağımızın zala gətirilməsi və "Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.