adalet.az header logo
  • Bakı 13°C
08 Noyabr 2017 16:30
16405
MƏMLƏKƏT
A- A+

İsmayıllıda Dövlət Bayrağı günü və Konstitusiya günü birgə tədbirlə qeyd olunub

Noyabrın 8-də İsmayıllıda Dövlət Bayrağı günü və Konstitusiya gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. 

Adalet.az xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində "Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi ilə başlayıb. Qeyd olunub ki, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki,onun inkişafı, yeniləşməsi, milli maraqlar üzərində qurulması, müasirləşməsi ümummilli lider Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın. Konstitusiyanın qəbulu da, 70 ildən sonra müstəqil Dövlətimizin Bayrağının yenidən qaldırılması da ulu öndərin tarixi xidmətləridir.

Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, şəhər 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov,RGİİ-nin rəisi Taleh Salehov,Qubaxəlilli kənd tam orta məktəbinin gənc tarix müəllimi Rahim Mehdiyev dövlət müstəqilliyinin əbədiləşməsində hüquqi baza olan Azərbaycan Konstitusiyası və 
Müstəqil Azərbaycanın Dövlət Bayrağı haqqında çıxış ediblər.

Şəhər 6 saylı tam orta məktəbin şagirdi, inşa yazı müsabiqəsinin qalibi Sabrina Yolçuyeva öz yazısını idarəetmə məktəbinin dinləyicilərinə təqdim edib.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Heydər Əliyevi böyük şəxsiyyət,praqmatik düşüncəli siyasi lider, Azərbaycan xalqının xilaskarı kimi xarakterizə edib və onun Konstitusiyamızın müəllifi olduğunu diqqətə çatdırıb,cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirdiyini söyləyib. Qeyd edib ki, o zamankı sərbəst düşüncədən məhrum Azərbaycan rəhbərliyi yuxarıların göstərişlərini gözlədiyi bir vaxtda ulu öndərimiz Naxçıvan Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımızı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edib.

Bununla tədbirin birinci hissəsi sona yetib,ikinci hissə Mərkəzi Meydanda davam etdirilib. İri həcmli Azərbaycan Bayrağı təntənəli şəkildə meydana gətirilib.RİH-nin başçısı Mirdaməd Sadıqov təbrik nitqi söyləyib. Məktəblilərin, Rayon Mədəniyyət Mərkəzi "Niyal” instrumental ansamblının solistləri Rövşən Teyyubovun, Tərəqqi medallı Sahibə Abdullayevanın, Bəhruz Haşımovun ifaları dinlənilib. Şəhər 1 saylı bağçanın uşaqlarının təqdimatında kompozisiya, şəhər 6 saylı məktəbin şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mahnısı, bayrağımız, Vətənimiz Azərbaycan haqqında söylənilən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.İsmayıllıda bayram əhval-ruhiyyəli xoş bir gün yaşanıb.