İSLAMDA İSLAHAT CƏHDLƏRİ

MEHMAN CAVADOĞLU
71364 | 2017-11-11 10:06

Son günlər Səudiyyə Ərəbistanında dünyanı şoka salan hadisələr başverir. Bu yaxınlarda ölkənin vəliəhdi elan edilmiş şahzadə Məhəmməd bin Salmancəmiyyətin liberallaşdırılması istiqamətində qəbul etdiyi bir sıra mühüm qərarlarınardınca (qadınlara maşın sürmək, onların stadionlarda idman yarışlarını izləməkicazəsinin verilməsi, məcburi kişi qəyyumluğunun ləğv olunması və s.) daha sərtvə riskli addımlar atmağa başlayıb .O, korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəritəyin olunan kimi kütləvi həbslər ölkəni bürüdü. Həbs olunanların kimliyinə nəzərsalanda məlum olur ki, söhbət korrupsiya ilə mübarizə görüntüsü yaratmaqdanyox, daha ciddi mətləblərdən gedir. Şübhəsiz, vəlİəhdin əsas məqsədi hələ atasısağ ikən gələcək hakimiyyətinin təhlükəsizliyini təmin etməkdir. Həmin hakimiyyətənə vaxtsa təhlükə yaranacağını isə elə indidən görmək o qədər də çətin deyil.Birincisi ona görə ki, kral öz oğlunu mövcud qaydalara göz yumaraq siyasi variselan edib və bu da heç şübhəsiz, ölkənin hakim elitasında, yəni kral ailəsininçoxsaylı üzvüləri arasında birmənalı qarşılanmayıb. Narazılar qeyri-legitimlikittihamı altında olan Məhəmməd bin Salmanın hakimiyyəti üçün indi olmasa da nəvaxtsa ciddi təhlükə törədə bilərlər. İkinci təhlükəsə dövlətin gələcəyi barədəfərqli baxışlara malik olan yeni varisin planlarıyla bağlıdıər. Təbii ki, onunson günlər atdığı bir sıra mütərəqqi addımlar Səydiyyə Ərəbistanı kimi dünyanınən mühafizəkar və patriarxal bir ölkəsində rahat həzm edilə bilməz. Tarix boyudövlət idarəçilik sistemində aparılan hər hansı ciddi islahatlar həmişə öz müəllifininbaşını yeyib. Əgər Məhəmməd bin Salman həqiqətən ciddi islahatlar aparmaq niyyətindədirsə,yəqin ki, bunun fəsadları və çətinliklərindən də xəbərdardır. Ona görə də indidənöz yolunu təmizləmək, həm kral ailəsi, həm hakimiyyət, həm də ilahiyyatçılararasında mövcud olan potensial rəqiblərini zərərsizləşdirmək xətti tutub. Şərqdə şərqdir, burda rəqibləri zərərsizləşdirməyin, hələ ki, başqa üsulları kəşfedilməyib.

Bütün olanlara rəğmən əgər vəliəhd həqiqətənislahat aparmaq, ölkədəki qaramata azca işıq tutmaq, sərt yaşayış mühitini birbalaca yumşaltmaq xətti götürübsə, ona uğurlar arzulamaqdan başqa əlacımızyoxdur. İslam aləminə belə islahatlar lazımdır, çünki islam aləmində beləislahat təşəbbüsləri zaman-zaman olsa da, istənilən nəticə əldə edilməyib. Aşağıdakı yazıda da söhbət həmin islahat təşəbbüslərindəngedir.

GİRİŞ

Hər hansı bir dində və yaxud dini cərəyandazaman keçdikcə müəyyən islahatlar aparmaq zərurəti bütün dövrlərdə aktual olub.Bu mənada dini islahatların və yaxud dini islahatlarla bağlı təşəbbüslərintarixi elə dinlərin tarixi qədər qədimdir. İstər din, istərsə də ictimai şüurunməhsulu olan istənilən sosial-siyasi nəzəriyyə, təlim, məzhəb, sekta zaman-zaman yeniləşməyə, cəmiyyətin inkişaftendensiyasına uyğunlaşmağa, dəyişən ictimai münasibətlər sistemi ilə ayaqlaşmağaməhkumdur. Əks təqdirdə ən mükəmməl nəzəriyyə, ən müqəddəs kitab belə qısazaman kəsiyində ehkamlaşaraq inkişafın, tərəqqinin buxovuna çevrilir.

İslamda islahat cəhdləri və təşəbbüsləri böyükbir tarixi dövrü əhatə eləyən çox geniş mövzudur. Müsəlman dininin erkənçağlarından başlayaraq bu günümüzədək davam edən bu cəhdlər coğrafiyasına görətəkcə islam ölkələrini yox, dünyanın, demək olar ki, bütün qütblərini əhatə eləyir.İslahat təşəbbüslərinin subyektlərisə islamın təəssübünü çəkən, onu dünya xəzinəsinizənginləşdirən ilahi və möhtəşəm dəyərlər sistemi sayan ilahiyyatçılardantutmuş sekulyaristlərə kimi çox müxtəlif və rəngarəngdir. Hətta tam inkarçılıqmövqeyində dayanan, islamı bəşəriyyətə qarşı böyük təhlükə hesab eləyən birsıra alim və tədqiqatçılar da bəzən bu mövzüya əl bulaşdırmaqdan çəkinməyiblər.Təbii ki, bütün bunların hamısını bir məqalənin çərçivəsinə sığışdırmaq çox çətindir,ona görə də burda XIX əsrin əvvəllərindən etibarən Şərqdə geniş vüsət almış modernislahat cəhdlərindən danışacaq və yalnızilahiyyatçıların və din xadimlərifikirlərinə yer verəcəyik.

Cəmaləddin Əfqani



Bəri başdan deyək ki, modern islamideyasını irəli sürən həmin islahatçıların hamısını birləşdirən mühüm bir cəhətvar idi. Onlar ilkin islam dəyərlərinin konstitusiya, demokratiya prinsiplərinəsöykənən dövlət idarəçiliyi üsuluna ziddolmadığını bildirir, şəriət qaydalarının dəyişdirilməsi və Quranın daharasional təfsiri ilə müsəlman dünyasını müasir inkişaf yoluna çıxarmağınmümkünlüyünü əsaslandırır, həm də bunu yeganəməqbul yol sayırdılar. Məhz bu cəhət də həmin islahatçıları dinin dövlətdənayrılmasını müasir dövlətçiliyin əsas prinsipi sayan sekulyarçılardan fərqləndirirdi.

XXX

1839-cu ilin sonlarında 16 yaşlı Osmanlısultanı Əbdülməcid imperiyanın sosial, siyasi,mədəni, mülki münasibətlər sistemində köklü islahatların aparılmasını və Qərbyönümlü idarəçilik metodlarına keçidi nəzərdə tutan məşhur Gülhanə fərmanınıimzaladı. Fərmanın hüquqi təsir dairəsi Osmanlı dövlətinin yurisdikciyasına aidərazilərlə məhdudlaşsa da, bu addım bütün müsəlman aləmində geniş əks-sədadoğurdu. Sultan həm də islam xəlifəsi olduğu üçün onun sözü, mövqeyi və hərəkətləriəksər müsəlmanlardan ötrü böyük önəm daşıyırdı. Düzdür, ortodoks ruhanilərƏbdülməcidin bu addımından müştəbeh deyildilər, hətta imkan daxilinə bir sıra dəyişikliklərinbaş tutmasına müqavimət göstərməyə də çalışırdılar. Ancaq islahatlaraalternativin olmadığını aydın dərk edən ruhanilər, din xadimləri və ilahiyyatçılarüçün bu, göydəndüşmə bir fərman idi.

Musa Biqi

Həmin vaxt Avropa ölkələrinin sıçrayışlıinkişafı sayəsində Qərblə Şərq arasında kəskin fərq yaranmış, müsəlman dünyası əsrlərboyu rəqabətdə olduğu xristian qonşularının siyasi, iqtisadi, mədəni əsarəti altına düşmüşdü. Bu vəziyyətinyaranmasında H. Zərdabinin təbirincə desək, son 500 il ərzində tənəzzül dövrüyaşayan islam dininin, hər cür tərəqqiyə, yeniliyə, dünyəvi təhsil sisteminəasi olan mühafizəkar ruhanilərin payı az deyildi. İnkişafın yolunu elmi-texniki və mədəni tərəqqidə,elmi-texniki tərəqqiyə çatmağın yolunusa təbiət elmlərinə yiyələnməkdə görən islahattətəfdarları – islamın bu əslpatriotları ilk addımdaca dünyəvi təhsil sisteminə qənim kəsilmiş ortodokszehniyyətin, patriarxal cəmiyyətin ciddi müqaviməti ilə üzləşdilər. Bu müqavimətiqırmaq üçün ən təsirli vasitə isə elə islamın özü ola bilərdi. Odur ki, onlar islamdininin zaman-zaman təhriflərə məruz qalaraq əsl mahiyyətindən uzaqlaşdığını,deqradasiyaya uğradığını söyləyir və fikirlərini müsəlmanlığın ilkin dövrlərindəmövcud olmuş daha yumşaq, daha demokratik nümunə və davranışlarla əsaslandırır,ilkin islam prinsiplərinə qayıtmağı vacib sayırdılar. Onların ilkin islamındirçəldilməsi anlayışı zahirən bu tezisi hələ çox-çox əvvəl dövriyyəyə gətirənibn Taymiyyənin təliminə bənzəsə də, mahiyyətcə ondan kəskin fərqlənirdi. Sələfilərüçün ilkin islam zamanı geri döndərmək (necə ki, bəzi yerlərdə buna nail olabildilər), modernistlər üçünsə irəli aparmaq üçün lazım idi.

Əli bəy Hüseynzadə

Həmindövrdə islam dinində ən ciddi və geniş miqyaslı islahat təşəbbüslərilə Rusiyaimperiyasının tərkibində yaşayan müsəlman ziyalıları çıxış etməyə başladılar. Tarixəcədidizm (yenilik) adıyla düşən bu proses XIX əsrin axırlarına doğru genişləndi,XX əsrin əvvəllərində isə artıq ictimai-siyasi məzmun kəsb eləməyə başladı. Hadisələrinbelə sürətli gedişi bir tərəfdən rus cəmiyyətinin özünü bürümüş inqilabiovqatla, digər tərəfdən tənzimat hərəkatıylabağlı idi. Osmanlıda başlayan hər hansı bir prosesin Rusiya müsəlmanlarıarasına da geniş əks-səda veməsi olduqca təbiidir. Birincisi ona görə ki,Rusiya müsəlmanlarının mütləq əksəriyyəti etnik mənsubiyyətcə türk, dini mənsubiyyətcəsüni məzhəbinin hənəfilik qoluna aid idi. İkinci səbəb isə bundan ibarət idiki, dünyanın sürətli inkişaf yoluna çıxdığı mühüm bir tarixi mərhələyə qosqocamanbir imperiyanın əsrlər boyu ən üstün imtiyazlara malik təbəələriylə, qonşuimperiyanın müstəmləkə zülmü altında yaşayan "ikinci sort” təbəələri, deməkolar ki, eyni acınacaqlı durumda qədəm qoymuşdular. Bu qeyri-adi fenomenin səbəbiisə cəhalət və yenə də cəhalətdən başqa bir şey deyildi!

Miftahəddin Akmulla

Cədidçilər də islam dünyasını içindən gəmirənhəmin cəhalətə qarşı çıxır, vəziyyətin bu həddə çatmasının əsas səbəbini Quranınmahiyyətinin düzgün başa düşülməməsində, bir sıra şəriət normalarının köhnəlməsindəgörür və bu normaların dəyişdirilərək günün tələblərinə uyğunlaşdırılmasınaçalışırdılar. "İctihad qapısının açılması” onların əsas çağırışı idi.

Cədidçilərinfikrincə islam dininin təməl prinsipləri ictimai həyatda baş verən yeniliklərləayaqlaşmağı nəinki inkar edir, əksinə bunu stimullaşdırır. Onlar deyirdilər ki,islamın ilk dövrlərində qərarların kollegial orqan olan şura tərəfindən qəbulolunması mahiyyətcə elə yeni dövrün ən aktual ideyası olan parlamentarizminilkin formasıdır. Əgər bu gün islam yetkin, mükəmməl bir mədəniyyət yarada bilməyibsə,deməli, onun indiki mənəvi liderlərinin bilgilərini yetərli saymamalı, daha səmərəlisosial institutlar yaradılmasının yolları tapmalıdırlar.

İsmayı bəy Qaspıralı

Həmin dövrdə Şiqabudin Mərcani, RizazətdinFəxrəddin, Zeynulla Rəsulov, Həsain Faizxanov, İsmail Qaspıralı, Əli bəyHüseynzadə, Əhməd bəy Ağayev, Xusainov qardaşları, Münəvvər Abdurəşidxanov,Qazi İsaxan Şirinxocayev, şərqin Lüteri ləqəbini almış Musa Biqi və onlarlabaşqa ilahiyyatçı alimlər, mütəfəkkirlər təbiət elmlərinin tədris olunduğuüsuli-cədid məktəblərinin, yeni tipli mədrəsələrin, digər təhsil ocaqlarınınaçılmasını vacib sayır, bu sahədə kohkret işlər də görürdülər. Mədrəsə təhsilininərəb və osmanlı dilindən milli dillərə keçirilməsi, Avropa mədəniyyətinəinteqrasiya, qadınların emansipasiyası və ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi dəonların fəalyyətinin ana xəttini təşkil edirdi. Cədidçilər yeni iqtisadi münasibətlərşəraitində kreditlərin nə qədər vacib olduğunu əhalyə izah edir və sələminharam olmasıyla bağlı şəriət normalarının ləğv edilməsinə çağırırdılar.

Bu islahatçıların təhsilə nə qədər önəmverdiklərini özü etnik başqırd olan cədidçi Miftahəddin Akmullanın acizanəyalvarış notlarından ibarət olan aşağıdakı şerindən də görmək olar:

Zeynulla Rəsulov

Başqırdlar, bizə maarif lazımdır!

Cahillik baş alıb gedir, təhsilyoxdur.

Bisavadlıq boz ayıdan daha qorxuludur,

Qardaşlar, gəlin təhsilə güc verək!

Az müddət ərzində Tatarstan, Başqırdıstan,Orenburq, Qazaxıstan, Türküstan və Azərbaycan da daxil böyük bir coğrafi ərazidəfəaliyyət göstərən cədidçilər həqiqətənRusiya müsəlmanlarının inkişafının əsas hərəkətverici qüvvəsinə çevrildilər vəköklü inqilabi dəyişikliklərə nail oldular. Bu ölkənin müsəlman əhalisi XX əsrinəvvəllərində imperiyada baş verən çox ciddi siyasi təbəddülatlar mərhələsinə əliyalınqatılmaqıqlarına görə yalnız onlara, bu günsə əksər islam ölkələrindən dahamodern bir inkişaf səviyyəsinə çatdıqlarına görə həm də onlara borcludur. Təsaddüfideyil ki, keçən əsrin əvvəllərində ökədə demokratiya və azadlıq uğrunda güclənəninqilabi hərəkatlarda müsəlmanlar fəal və siyasi cəhətdən təşkilatlanmış şəkildəiştirak etdilər. Müsəlman ziyalılarının təşəbbüsü ilə 1905-ci ildə kadetlərləeyni mövqedən çıxış edən, konstitusiyalı monarxiya prinsiplərini müdafiə edən"Müsəlman İttifaqı” təşkilatı yaradıldı və həmin təşkilatın bir çox rəhbərlərivə fəalları dəfələrlə Rusiya Dövlət Dümasında təmsil olundular.

Münəvvər Abdurəşidxanov

Hərçənd,cədidçilərin islahatçılıq yolu heç də hamar deyildi. Bir tərəfdən hökumət təzyiqlərivə müsəlmanlar arasında hökm sürən cəhalət və patriarxal adətlər, digər tərəfdənbu sistemin əsas müdafiəçisi qismində çıxış edən, cədidçilərlə mübarizə məqsədiləyaranmış qədimçilər adlı mühafizəkar qurumda təmsil olunan ruhanilərin sərtmüqaviməti onların təşəbbüslərinin gerçəkləşməsinə ciddi mane olurdu. Üstəlik, qədimçilərinhökumətlə də isti münasibətləri var idi. Bütün tarix boyu belə olub: despotikrejimlərin ən güclü silahı mühafizəkar ideologiyalardır.

XIX əsrinortalarından etibarən islamda islahatçılıq meylləri, tək Rusiya və Osmanlıdayox, demək olar ki, bütün müsəlman dünyasında baş qaldırmışdı. Və şərti olaraqislamda yeni islahatçılıq erası alandıra biləcəyimiz həmin dövrün flaqmanı heçşübhəsiz, Cəmaləddin Əfqanidir. Rusiya islahatçılarının da özlərinin müəllimisaydıqları Cəmaləddin Əfqani (1838-1897) İranın Həmədan yaxınlığındakı Əsədabadkəndində doğulsa da, əslən Marağalıdır. Bu barədə Əhməd bəy Ağayevə onun özüdeyib və Əhməd bəyin yazdığına görə Azərbaycan türkcəsində də mükəmməldanışırmış. Uşaqkən ailəsiylə Əfqanıstana köçüb, Misirdə, Hindistanda, Türkiyədə,bir müddətsə Fransa və Rusiyada yaşayıb. Fransız şərqşünası Renanla məşhur mətbuatdiskussiyasından da göründüyü kimi əslində islamın alovlu müdafiəçisi vəpatriotu olan bu böyük mütəfəkkirin başlıca amalı müsəlman dünyasını cəhalət vəgerilikdən qurtarmaq idi. O bütün bu geriliyin səbəbini bir çox islam alimlərininmühafizəkarlığında, dünyəvi elmlərə qənim kəsilməsində görürdü. Yazırdı ki, müsəlmanlarAristotelə rəğbətlə yanaşsalar da, Nyutonu, Qalileyi, Kepleri kafir sayırlar.Bizim üləmalar elə bilirlər ki, həqiqəti sübut edən elmlərə qənim kəsilməkləislamı qoruyurlar. Əslində islamın düşmənləri elə bu cür düşünən adamların özləridir.

Abd ar- Razik(solda)

Müsəlman şərqində bir çox alimlərin əslkumirinə çevrilmiş C. Əfqani bəzi islam teoloqlarının, ruhanilərin mühafizəkarlığını,cəhaləti, dünyəvi təhsilin bərbad vəziyyətdə olmasını islam ölkələrinin modernləşməsivə çağdaş dünyayla ayaqlaşması yolunda başlıca maneə sayır, maarif və mədəniyyətininkişaf etdirilməsinin vacibliyini önə çəkirdi. Təsadüfi deyil ki, Rus çarı IIIAleksandarla görüşü zamanı da ondan müsəlman vilayətlərində yeni tipli təhsilocaqlarının açılmasını xahiş eləmişdi. Onun bütün müsəlman ölkələrinikonfederasiya şəklində vahid xilafət bayrağı altında birləşdirilmək kimi bir azfantastik və utopik fikirlərini nəzərə almasaq, bütövlükdə müsəlman dünyasınımodernləşdirmək istiqamətindəki yorulmaz fəaliyyəti sonrakı islahatçılar nəsliüçün də bir nümunəyə çevrilmişdi.

Tarixi ədəbiyyatdaislam modernizminin banisi adlandırılan məşhur Misir ilahiyyatçısı və ictimaixadimi, milliyyətcə türkmən olan Məhəmməd Abdu da elə onun tələbəsi idi. "Misirmisirlilər üçündür” şüarıyla ingilislərə qarşı mübarizə aparan Orabi paşanın tərəfdarıolan M. Abdunun siyasi baxışları xeyli zidiyyətli olsa da, mütərəqqi dinigörüşlərə sahib idi. O, ictihad qapısının birdəfəlik bağlı elan edilməsifikriylə razılaşmırdı. İslamda islahatlar aparmaq üçün əvvəlcə onun kökünəqayıtmağın, Quran və sünnələrin yeni təfsirinin vacibliyini vurğulayırdı. 1899-1905-ciillərdə Misirin baş müftisi olmuş M.Abdunun bir çox fitvaları ortotoksilahiyyatçılar tərəfindən qəzəblə qarşılanırdı. Bank əmanətlərindən faiz almağaicazə verən fitvanın müəllifi də, Əl-Əhzar universitetinin rektoru olarkən tədrisproqramına dünyəvi elmləri daxil edən də o idi. Ruhanilərin, din xadimlərininyazdıqlarına və söylədiklərinə kor-koranə şəkildə əməl edilməsini zərərlitendensiya sayaraq bunun əleyhinə çıxırdı. M.Abdu deyirdi ki, islam çevik,yaradıcı bir təlim olduğu üçün onun hər dövrün xüsusyyətlərinə uyğun şəkildə şərhivə tətbiqi vacibdir.

Məhəmməd Abdu bir sıra həssas məsələlərdəçox dərinə getməsə də, onunla eyni dövrdə yaşayan Qasım Amin adlı Misirfilosofu və ictimai xadimi tam mənada Avropa dəyərlərinin tərəfdarı, Qərb təhsilsisteminə keçidin, qadın və kişi bərabərliyi ideyasının alovlu müdafiəçisiydi.

Yuxarıda dediyimiz kimi Osmanlıdabaşlayan tənzimat hərəkatı bütün dünyada islamın modernləşdirilməsitəşəbbüslərinə güclü təkan verdi. Tənzimatdan təxminən bir əsrə yaxın vaxtkeçdikdən sonra, konkret desək, 1924-cü ildə artıq Türkiyə Cümhuriyyəti adlananhəmin ölkənin lideri, Aşinadan üzübəri bütün zəmanələrin ən böyük türkü olan  Mustafa Kamal Atatürkün başqa bir fərmanı ilə islahatlarikinci, daha radikal mərhələyə qədəm qoydu. Onun xilafəti ləğv etmək qərarımüsəlman dünyasında geniş əks-səda yaratdı, çaşqınlığa və təşvişə səbəb oldu,nəhayət, bu gün də bitib-tükənməyən geniş elmi-ideoloji diskussiya vədemoqoqiyalara yol açdı.

Atatürkün fərmanından dərhal sonraMisirin əl-Əhzar universitetində Dünya İslam Forumu yaradıldı. Forumun əsasməqsədi yeni xilafət qurmaq və xəlifə seçməkdən ibarət idi. İngilislərdənformal müstəqilliyini əldə eləmiş Misirin o vaxtkı prezidenti IFuad Əhmədin özüxəlifə tituluna iddia etdiyi üçün proses onun tərəfindən də körüklənirdi. Diskussiyanınqızğın vaxtında, 1925-ci ildə Misirin ən məşhur islam reformatorlarından biriolan, əl-Əhzar və Oksford universitetlərində təhsil almış Əli Abd ar-Razikinçapdan çıxan "İslam və idarəetmə prinsipləri” adlı kitabı dini dairələrdə əslbomba effekti yaratdı. Rus alimi Natalya Yefremovanın təbirincə desək, kitabınəsas ideyası Məhəmmədin peyğəmbərlik missiyasının siyasətdən, xilafəthakimiyyətininsə dindən uzaq olduğunu əsaslandırmaq idi. Abd ar-Razik indininözündə də böyük cəsarət nümunəsi hesab ediləsi belə bir fikir irəli sürdü ki,islam, ümumiyyətlə, siyasətdən kənar bir dindir, peyğəmbər siyasi yox, dini vəmənəvi rəhbərdir. Peyğəmbərlik allahdan verildiyinə görə peyğəmbərlərin ardıcılıola bilməz. İslamda sözün klassik mənasında xilafət konsepsiyası nəzərdə tutulmayıb.İlk xəlifə Əbubəkr və ondan sonra gələnlərin qarşısında diran əsas vəzifə isəyalnız siyasi rəhbərlik və dövlət idarəçiliiyi ilə bağlıydı. Abd ar-Razik buməqamları xatırladaraq bildirirdi ki, islam dövləti lap başlanğıcdan mahiyyətcədünyəviydi və ona görə də müasir islam ölkələri indiki şəraitə uyğun bildikləriistənilən dövlət idarəçiliyi modelini seçə bilərlər.

Bu kitab işıq üzü görən kimi islamsxolastiklərinin çox ciddi etirazıyla qarşılandı və ardıcıl tənqidlərə tuş gəldi.Abd ar-Razik islamın əsaslarını sarsıtmaqda ittiham olunaraq əl-Əhzaruniversitetinin 24 üləmasının yekdil qərarıylabütün elmi titullarından və on il ərzində şəriət hakimi postunu tutmaq hüququndanməhrum edildi. Ancaq buna baxmayaraq o öz missiyasını uğurla yerinə yetirdi.Bir çox tədqiqatçıların fikrincə həmin vaxt yeni xilafət yaratmaq ideyasınıniflasa uğramasında Abd ar-Razikin sözü gedən əsərinin də mühüm rolu olmuşdu.

Kitabın nəşrindən bir əsrə yaxın vaxt keçməsinəbaxmayaraq, bu gün nəinki öz əhəmiyyətini qoruyub saxlayır, hətta gün-gündəndaha da aktuallaşır ki, bunun da bariz nümunəsi siyasi islam və xilafət ideyasıətrafında günümüzdə baş verən qanlı olaylardır.

Elə burdaca diqqəti vacib bir məqama yönəltməkistəyirəm. İslamda tradisionalistlər deyilən mühafizəkar xətt tətəfdarlarınınbütün tarixi dövrlərdə güclü olmalarına baxmayaraq, hər islahat dalğasında sankionlarda güclü özünüqoruma instinkti baş qaldırır və yeni qüvvə və adlarla təşkilatlanmağabaşlayırlar. Yuxarıda cədidçilərə qarşı yaranan qədimçilərin timsalında bunugördük. İndi də, görünür, Abd ar-Razikin həmin əsərindən doğan təşviş elə həminMisirdə "Müsəlman qardaşları” təşkilatının yaranması üçün stimul oldu. 1928-ciildə Həsən əl-Bənna tərəfindən əsası qoyulan bu təşkilatın ideolojipostulatları XX əsrin ikinci yarısından sonra meydana çıxan bir çox radikalislam qurumlarının əsas istinad nöqtəsidir. H. Bənnanın varisi Seyid Qütbün 1964-cüildə yazdığı "Yolun mərhələləri” adlı kitabında qurumun məqsəd və vəzifələri tamşəkildə formalaşdırılmışdı. Məşhur Amerika siyasətçisi Henri Kissencer özünün "Dünyadüzəni” adlı kitabında bunu qısa şəkildəbelə səciyyələndirir: "Yolun mərhələləri” movcud dünya düzəninə qarşı bir növmüharibə elan edilməsidir, bu əsər müasir islamçılığın fundamenti kimi qəbul olunur”.

Məhəmməd Salman


Abd ar-Razikin xilafətin islamın təməlprinsipləri ilə uzlaşmaması barədə fikirlərindən fərqli olaraq, başqa birislahatçı müsəlman ilahiyyatçısı, Pakistanın mənəvi atası sayılan Məhəmmədİqbal islam dünyasının birliyinin qatı tərəfdarı və alovlu təbliğatçısıydı. O, müsəlmandünyasının inkişaf yolunu islam təliminə əsaslanan demokratiynın qurulmasındagörürdü. Dünya imperializminin müstəmləkəçilik siyasətini və bundan doğan fəsadları,müsəlmanların öz köklərindən ayrı düşməsini cahilliyin, geriliyin başlıca səbəbisayırdı. Vəziyyətdən çıxış yolunu müsəlmanların birliyində, hətta müsəman ölkələrininvahid dövlətinin yaradılması kimi tarixin heç bir mərhələsində gerçəkləşməmiş vəbundan sonra da gerçəkləşməsi mümkün olmayan idarəçilk üsulunda görürdü. Düzdür,M. İqbal xilafət demirdi, ancaq vahid dövlət şəklində birləşməyinkonfederasiya, ittifaq, müqavilə, alyanslar və bu kimi müxtəlif yollarındanbaşqa vahid hökumət və ya hökmdar variantını da məqbul hesab edirdi.

XXəsr islahatçıları arasında iki parlaq sima var ki, onlar problemə ənənəvirakursdan yox, tamam fərqli formada yanaşmış, hər şeyi olduğu kimi, bütünçılpaqlığı ilə söyləyərək çıxış yolu aramağa cəhd göstərmişlər. Söhbət ikiböyük Sudan alimindən, islahatçı baxışlarına görə 1985-ci ildə öz vətənindəedam edilmiş Məhəmməd Taha və onun tələbəsi, hazırda Amerikada yaşayanAbdullahi Əhməd ən-Naimdən gedir.

Sudan milli-azadlıq hərəkatının fəal iştirakçısıolan Məhəmməd Taha modern islam prinsiplərinə əsaslanan Respublika partiyasınınyaradıcılarından biri olub. Bir müddət sonra o, siyasi fəaliyyətdən uzaqlaşaraqRespublika partiyasını Respulikaçı qardaşlar təşkilatına çevirir vəmaarifçiliyin yayılmasıyla məşğul olur. İstər siyasi, istərsə də maarifçi fəaliyyətidövründə dəfələrlə həbs olunur, nəhayət, sosialist, ərəb millətçisi, qatıislamçı, bir sözlə, beynəlxalq konyukturaya uyğun olaraq bütün siyasi "izm”lərinkefini çıxartmış, İran inqilabından sonra islamın bütün dünyanı fəth edəcəyindənəndişələnərək ölkədə şəriət qaydalarını tətbiq edən Sudan prezidenti CəfərNimeyriə etiraz elədiyinə görə boğazından asılır.

M.Taha həm "Müsəlman qardaşları”na, həm ərəbmillətçiliyinə qarşıydı. O, qadın hüquqlarını müdafiə edir (yeri gəlmişkən,Respublikaçı qardaşlar həm partiya, həm də ictimai təşkilat kimi fəaliyyət göstərdiyivaxtlarda sıralarında çoxsaylı qadınlar var idi), cəmiyyətdə köklü islahatlar keçirilməsivə yeni konstitusiyanın qəbulu uğrunda mübarizə aparırdı. Sudanda marksizməyox, islamın hələ ki, mühafizəkar elementlərlə heç bir kompromisə getməmişilkin prinsiplərinə əsaslanan sosializmin qurulmasını istəyirdi. Bax, MəhəmmədTahanı və onun tələbəsi An-Naimi digər islahatçılardan fərqləndirən əsas məqamda elə islamın bu "ilkin prinsipləri” anlayışıyla bağlıdır. Məsələ burasındadırki, Sudanlı alim "ilkin islam” deyərkən Quranın nazil olduğu ilk dövrü, hicrətə(622-ci il) kimi davam edən Məkkə dövrünü nəzərdə tutur. Onun fikrincə Məkkədövründə nazil olan ayələr bütün insanlığa ünvanlanmışdır, bəşəri dəyərləri vəazadlıq ruhunu təbliğ edirdi. Həmin vaxt peyğəmbərin əsas tərəfdarları da dahaçox sadə və kasıb insanlar idi. Quldarlığın, hər növ istismarın əleyhinə olan buayələr də əsasən cəmiyyətin aşağı təbəqələrinin, kasıb-kusubların və qadınlarınmaraqlarını müdafiə edirdi.Tahanın fikrincə Mədinə dövründə peyğəmbərin hakimelita ilə bir anlaşması olur və onun moizələrinin sosial mahiyyəti dəyişir. Əgərəvvəllər o, islamın haqq dini olduğuna insanları sözlə inandırmağa çalışırdısa,indi onların həyatı, yaşayışı çərçivəyə salınır və qaydaları pozanlar üçün sərtcəzalar müəyyənləşdirilir. M.Taha bu məqamdan çıxış edərək deyir ki, Məkkədövründə nazil olan ayələr daha bəşəri ayələrdir və əzilən siniflərin,qadınların hüquqlarını qorumaq, onların mübarizəsinə dəstək olmaq üçün həmin ayələrəəsaslanmaq lazımdır.

Məhəmməd Tahanın tələbəsi, hazırdaABŞ-da yaşayan An-Naim "İslam islahatlaryollarında” adlı əsərində öz sələfinin bu yöndəki fikirlərini daha da inkişafetdirir. An-Naim deyir ki, Quran insanın digər insanlarla yox, Allahla münasibətlərininizamlayır. O, şəriət qaydalarının dəyişdirilməsininin vacibliyini önə çəkir vəbildirir ki, bu qaydalar Qurana və Sünnələrə əsaslansa da, insanlar tərəfindənyazıldığına görə müqəddəs sayıla bilməz. Həmin kitabdakı aşağıdakı sözlər dəçox maraqlıdır: "Əgər müasir müsəlman şəriət qaydalarının tətbiqinin gündəlik həyatınanecə təsir edəcəyini aydın təsəvvür eləsə, əksəriyyət buna qarşı sərt etirazını bildirər. Bir şərtlə ki, hər kəsinöz etirazını azad şəkildə bildirmək imkanı olsun, buna görə mürtədlikdə ittihamolunmasın və ya islama olan inamı itirməklə bağlı öz daxilindəki xofa, qorxuhissinə qalib gələ bilsin”.

Məlumdur ki, digər dinlərin müqəddəskitablarında olduğu kimi Quranda da bir-birilə ziddiyyət təşkil edən, bəzən həttabir-birinə əks olan xeyli ayələr var. Movcud şəriət qaydaları bu haldaxronoloji prinsipə söykənərək axırda gələn ayələrin hökmünü əsas götürür. ƏsasənMədinə dövrü nazil olan bu ayələr isə yuxarıda da gördüyümüz kimi daha çoxmühafizəkarlığı ilə seçilir. M.Taha və An-Naim şəriəti müasir gününreallıqlarına uyğunlaşırmaq üçün başqa prinsip təklif edir, ziddiyyətli məqamlardaxronoloji ardıcıllığın dəyişdirilməsini və Məkkə ayələrinə istinad edilməsininvacibliyini irəli sürürlər. Hərçənd, Mədinə ayələrinin də ilahi mahiyyətini etirafedirlər.

Ən-Naimin yuxarıda adını çəkdiyimkitabının bir üstün cəhəti də ondan ibarətdir ki, burda islam dünyasında müasirdövlət qurulması, sivil cəmiyyət yaranması problemləri təkcə Quran və şəriət qaydalarıkonteksində yox, həm də bu qaydaların beynəlxalq sənədlərlə (vətəndaş cəmiyyəti,hüquqi dövlət, insan hüquqları, gender bərabərliyi və s. bu kimi vacib məsələlərləbağlı mövcud bəyannamələr, müqavilələr, paktlar və s.) uzlaşdırılması və müqayisəsişəkilndə araşdırılır.

Çağdaş dövrün ən maraqlı islahatçılarındanbiri də 70-ci illərdə təhsil almaq üçün Moskvaya gəlmiş və bu günə kimi ordayaşayan Suriya əsilli alim Taufik İbrahimdir. Onun bir müsahibəsindən bir neçəmaraqlı sitat gətirmək istəyirəm. T. İbrahim deyir: "Bəşəriyyətin daim göylərinqəyyumluğuna ehtiyac duyduğu uşaqlıq dövrü bitib. Allah insana iki şey verib:yazı və ağıl. Bununla da o sanki demək istəyir ki, siz artıq elə səviyyəyəçatmısınız ki, ağlınızdan yararlana bilərsiniz. Biz isə öz tənbəlliyimizdən,Allahın bu böyük hədiyyəsinə inamsızlığımızdan deyirik: yox! Hər şey Qurandaolmalıdır!” Bəs onda allah bizə niyə ağıl verib?! Musa Biqiyev deyirdi ki, Məhəmmədinsonuncu peyğəmbər, peyğəmbərlərin möhürü olmasının əsl mənası da məhz bundadır.Bütün dünya elə bilir bu fikirlər Məhəmməd İqbala məxsusdur, ancaq Biqiyev bunuondan 30 il əvvəl söyləyib. Niyə Məhəmməd peyğəmbər deməyib ki, məndən sonrafilankəsi xəlifə seçin? Çünki bu məsələ əbədilik həll oluna bilməz, zaman-zamandəyişməli, müstəqil şəkildə müəyyən olunmalıdır”.

Həmin müsahibədən hicabla bağlı bir məqamafikir verək: "Peyğəmbərin nəvəsi Sükeyna ərinin hicab örtmək tələbinə beləcavab verib: Mənim sifətimdə elə bir şey yoxdur ki, başqalarına göstərməkdən xəcalətçəkim”. Daha sonra T.İbrahim deyir ki, əslində, qadınlardan hicab örtməyi tələbeləmək kişilərə qarşı təhqirdir. Belə çıxır ki, müsəlman qadın nə qədəryaraşıqlı kişi görsə şirniklənməyəcək, ancaq kişilər qadınları görən kimi ağıllarınıitirəcəklər. Bu qadınlara yox, kişilərə qarşı həqarətdir.

Misir əsilli, hazırda İsveçrədə yaşayan ilahiyyatçıTarik Ramadan çağdaş dövr islahatçıları arasında özünəməxsusluğu ilə seçilir. Odaha çox Avropa müsəlmanlarının davranışları, onların yaşadıqları mədəni mühitəinteqrasiyalarıyla bağlı məsələlərə diqqət ayırır və "Asiya islamı”, "Afrikaislamı” olduğu kimi qərb müsəlmanlarını da xüsusi olaraq "Qərb islamı”yaratmağa çağırır. Qeyd eləyir ki, müsəlmanlar islamın fundamental mətnlərini,birinci növbədə Quranı Avropa təsiri altında olan öz mədəni mühitlərinə uyğun şəkildətətbiq etməlidirlər. O, dünyanın müsəlmanların üstünlük təşkil etdiyi sülh,qeyri-müsəlmanların üstünlük təşkil etdiyi müharibə məkanlarına bölünməsinəqarşı çıxır və Quranda belə bir şeyin olmadığını söyləyir. Bunun əvəzində yenitermindən, biliyin yayıldığı məkan terminindən istifadə etməyi vacib sayır.T.Ramadan deyir ki, Qərb nə müharibə məkanıdır, nə də İslam məkanı, Qərb şəhadətyeridir, müsəlmanın şəhadəti insanlıq qarşısındadır, o daim öz biliklərini zənginləşdirməlivə öz dininin məsuliyyətini daşımalıdır. İslam ondan ötrü ənənələrə söykənənmühafizəkar təlim yox, universal dəyərlərə və rifaha qovuşmaq vasitəsiolmalıdır. İslam qeyri- islam toplumlarına qarşı çıxmamalı, onlarla həmrəyolmalıdır.

Tarik Ramadanı məşhurlaşdıran təkcəilahiyyatçı fəaliyyəti deyil, həm də bioqrafiyasının bir çox maraqlı səhifələridir.O, "Müsəlman qardaşları” təşkilatınınyuxarıda haqqında danışdığımız yaradıcısı Həsən əl-Bənnanın qız nəvəsidir.2003-cü ildə sonralar Fransa prezidenti olmuş N. Sarkoziylə teledebatına və Fələstinəhumanitar yardım adı altında Həmasa ianə toplayan bir xeyriyyə təşkilatına 1000dollara yaxın vəsait ödədiyi üçün Amerikaya viza qadağasına görə uzun müddət Qərbictimai fikrinin gündəmində olmuşdu.

Bundan başqa İran əsilli Əbdülkərim Soroşun,Misir əsilli Məhəmməd Fəthi Osman və Taufik Həmidin, hamımızın yaxşı tanıdığı həmyerlimzNəriman Qasımzadənin və onlarla digər alimlərin də bu sahədəki böyük xidmətləriniqeyd etmək lazımdır.

NƏTİCƏ

Bu yazıda islam dinində XIX əsrin ortalarındanbaşlayan islahat cəhdlərinin hamısına olmasa da, əsas məqamlarına, aparıcıislam alimlərinin fikirlərinə toxunmağa çalışdıq. Müsəlman cəmiyyətlərini modern inkişaf yolunaçıxartmağa, müsəlmanları bəşəri dəyərlər sisteminə qovuşdurmağa yönələn bu cəhdlərtəsirsiz ötüşməsə də, təəssüf ki, real həyatda istənilən nəticəni verməyib. Üstəlik,son onilliklərdə əks proses başlayıb, ötən əsrin əvvəllərindən müsəlman şərqinəayaq açan, pis-yaxşı 70-80-ci illərə kimi inkişaf edən dünyəvilik modeli ciddizərbələr alıb. Bunun ən bariz nümunəsini tək bircə faktla göstərmək mümkündür:yuxarıda bəzilərinin adını çəkdiyim çağdaş islahatçıların demək olar ki, mütləqəksəriyyəti bu gün mühacirətdə yaşamağa məhkumdurlar.

Bu təşəbbüslərin istənilən nəticəni verməməsiilk növbədə dini mətnlərdəki zidiyyətlərdən qaynaqlanır. Yuxarıda da qeydetdiyimiz kimi əsas diskussiya predmet olan ayələrin əksini sübut eləyən Quranhökmlərinin mövcudluğu prosesi dalana dirəyir. Mühafizəkar islamilahiyyatçılarının hər cür kompromisdən uzaq xarakterləri M.Taha və Əl-Naiminxronoloji yerdəyişmə təklifi əsasında da konsensus ehtimalını sıfıra endirir vəbeləliklə, qapalı dairə yaranır.

Köklü dini islahatlar yalnız nüfuzlu dinxadimlərinin istəyi və müsəlman şüurunda hakimiyyət kultunun möhkəm olduğunu nəzərəalsaq, həm də hökumətin ciddi dəstəyi ilə baş tuta bilər. Bir sıra islam ölkələrindəzaman-zaman belə islahatlar aparılsa da, az-çox irəliləyişlər əldə edilsə də, hələki, arzuolunan müsbət sonluqdan danışmaq mümkün deyil. Bunun bir mühüm səbəbi dəislahatlara dəstək verən hakimiyyətlərin elə özlərinin yarıtmaz idarəçiliyi iləbağlıdır.

Birinci dünya müharibəsindən sonradünyada baş verən inqilablar və milli-azadlıq hərəkatları müsəlman dünyasındada geniş əks-səda verdi. Bu həm də millətçilik və sosialist ideyalarının yüksəlişdəolduğu bir dövr idi. Həmin vaxt müstəqilliyə qovuşan bir çox müsəlman ölkələrindəqurulan milli dövlətlər, onların başçıları hansı şüarlar altında hakimiyyətəyiyələnmələrindən asılı olmayaraq, az müddətdən sonra patriarxal şərqdiktatorlarına çevrildilər. Modern dövlətçilk libasına bürünmüş bu konyukturpatriarxların on illərlə sürən hökmranlığı cəmiyyətin qarşısında duran heç birictimai-siyasi, sosial-iqtisadi və mədəni problemləri həll edə bilmədi. Əvəzindəkorrupsiya həyat normasına çevrildi, sosial ədalətsizlik baş alıb getdi, repressiyyaaparatı dövlət idarəçiliyinin yeganə işlək mexanizminə çevrildi. Gec-tezarxasınca böyük bir xarabalıq və xaos buraxaraq çökən bu "sabit” və dəmir"intizamlı” rejimlər həm də kövrək şüurlarda bərkiməmiş bəşəri dəyərlərə, dünyəviliyəolan inamı öldürdü. Hakimiyyətin dünyəvi modelindən zəncir gəmirən mühafizəkarklerikallar üçün isə bundan gözəl fürsət tapmaq çətin idi və onlar bu gün də həminfürsətdən maksimum yararlanmaqda davam edirlər.

İslam dini və onun müqəddəs kitabı mindörd yüz il ərzində

nəinki müsəlmanları,heç ərəbləri birləşdirə bilmədi, yalnız onların ədəbi dilinin vahidliyiniqoruyub saxladı (elə bu fakt da dinin siyasət yox, humanitar sferaya aidolduğunu sübut edən əlavə bir arqumentdir). Tarixin müxtəlif dönəmlərində mövcudolan və bu gün birlik simvolu kimi qəbul olunan imperiyalar, xilafətlər islamınyox, qılıncın gücünə duruş gətirmişdilər. Elə XX əsrin siyasi coğrafiyasındameydana çıxan çoxsaylı ərəb dövlətlərinin də əsas gücü qılıncdaydı. Qılıncın ağzıkütləşən kimi bir az əvvəl birlik simvolu sayılan həmin dövlətlərin "monolit”xalqı məzhəb-məzhəb, təriqət-təriqət, bunlar olmayan yerlərdəsə tayfa-tayfa, qəbilə-qəbiləbölünür və dağılıb pərən-pərən düşürlər. Ancaq paradoks ondadır ki, bu gün də hərhansı bir mühafizəkar islam qurumundan səslənən populist, radikal çağırışlarahay verən çoxsaylı xəyalpərəstlər istənilən qədərdir. Bunun tez-tez təkrar edilənsosial-iqtisadi səbəblərinə bir nüansı da əlavə etmək istəyirəm: ilk modernislamçıların təhsil, elm, mədəniyyətlə bağlı çağırışları bu gün də özaktuallığını saxlamaqdadır.

Odur ki, dünyəvi avtoritarizm tərəqqinin,dəyişikliyin hərəkətverici qüvvəsi ola bilməz, sekulyarizmə keçidin mümkünolmadığı yerlərdə bunun öhdəsindən yalnız islahatçı ilahiyyatçıların söylədiyi islamparlamentarizmi gələ bilər. Şərq şüurunu buna hazır olmamasından qorxmaq lazımdeyil. Staqnasiya vəziyyətində cəmiyyət kimi ictimai şüur da donuq olur. Otuz-qırxil bir adamın hakimiyyət sürməyindənsə hakimiyyətin demokratik yolla otuz-qırxdəfə dəyişməsi yaxşıdır. Birinci halda sabitlik xaosla bitirsə, ikinci haldaxaos sabitliyə çevriləcək.

Burda son olaraq dəfələrlə müraciət edilənbir məsələyə, Avropanın inkişafında Avropa reformasiyasının rolu məsələsinətoxunmaq istəyirəm. Düzdür, M.Lüterin, U.Svinqlinin başladığı, J. Kalvinin vədigər islahatçıların davam etdiyi, bütün Avropanı bürüyən məşhur 30 illikmüharibəylə pik nöqtəsinə çatan reformasiya hərəkatının Avropanın inkişafyoluna çıxmasında danılmaz rolu var. Amma bu rolu mütləqləşdirmək olmaz.Bugünkü Avropanın əsas memarı Şərqlə Qərbin inkişafı arasındakı fərqi uçurum səviyyəsinəçatdıran sənaye inqilablarının nəticəsi olaraq meydana çıxan burjuaziya oldu. Məhzburjuaziya adlı bu siyasi və sosial fenomenin əzmkarlığı cəmiyyətdəki ictimaimeyarları dəyişdi, əsl-nəcabətin hökmranlığı prinsipini ağıl və qabiliyyətinüstünlüyü prinsipiylə əvəz elədi.

Müsəlmanşərqi kilsəyə qarşı yönələn, dinin əsasllarına qayıtmağı vacib sayan həmin reformasiyasınınbənzərini Avropadan xeyli əvvəl İbn-Taymiyyənin baxışlarının, daha sonra onunardıcıllarının əməllərinin timsalında yaşasa da, anoloji nəticəyə nail ola bilmədi,əksinə daha mühafizəkar bir uçuruma yuvarlandı. Çünki burdakı maarifin, təhsilin acınacaqlı səviyyəsi,hər cür yeniliyə qənim kəsilən patriarxal münasibətlərin hökmranlığı sənayeləşməadlı çox mühüm bir ictimai mərhələni keçməyə mane oldu. Şərq texniki tərəqqininnailyyətlərini ən yaxşı halda idxal elədi və onun hələ mürgüləyən patriarxal şüurubu gün də hər şeyin hazırına sahib çıxmaqda davam eləyir.

...Amma hər halda bu qeydləri nikbinnotlarla başa vurmaq istəyirəm. Səudiyyə Ərəbistanının hüquq məsləhət orqanıolan əş-Şura azyaşlıların nikahı ilə əlaqədar ictimai etitazlara cavab olaraqyetkinlik yaşını 18-ə qaldırıb. Bu vəhşi adətin tam ləğv olunmasından danışmaqhələ tez olsa da, hər halda irəliyə doğru atılan addım sayılmalıdır. Həmin SəuiyyəƏrəbistanında Nadin əl Badir adlı jurnalist xanım elə həmin Səudiyyə Ərəbistanınınözündə yaşaya-yaşaya kişilərə dörd arvad almağa icazə verildiyi kimi qadınlarında dörd ərinin olmasına icazə verilməsi ilə bağlı yüksək cəsarət nümunəsisayılan təklif (təbii ki, ironiya xətrinə) irəli sürüb. Bu ölkənin ilk qadın rejissoruHəyfa əl-Mənsurun yenə də elə Səudiyyə Ərəbistanının özündə çəkdiyi film ("Vəcidə”)Oskar mükafatının nominantı olub. Hindistanda dünyanın ən böyük dini vəakademik mərkəzlərindən biri olan "Darül-ulum”ün ilahiyyatçıları çoxarvadlılığıqadağan edən fitva veriblər. Nəhayət, Məhəmməd bin Salmanın son addımları...Bütün bunlar tunelin sonunda işığın olduğundan xəbər verən çoxsaylı müjdələrdənbir neçə tipik seçmələrdir.

P.S.Bu icmalda islam dünyasında mahiyyəti etibarıyla böyük inqilabi dəyişikliyə səbəbolan və üç müstəqil icmanın – hələ islamın erkən çağlarında, altıncı şiə imamıCəfər Sadiqin varislikdən məhrum edilən böyük oğlu İsmayılın tərəfdarlarınınyaratdığı və çox zəngin, enişli-yoxuşlu bir tarixi yol keçmiş, XIX əsrdən etibarənyeni, sivil dünyayaya inteqrasiya etməyə başlamış İsmaililər imamlığından, 1844-cüildə Məhəmməd Babın başçılığı ilə İranda başlayan, varisi Bahullanın dövründə Bəhailikadlı yeni dinin meydana çıxmasıyla yekunlaşan babizm dini-siyasi cərəyanından,Hindistanın məşhur islam reformatoru Mirzə Qulam Əhmədin əsasını 1889-cu ildəqoyduğu və eyni adlı xilafətin yaranmasına gətirib çıxardan Əhmədiyyə adlımissioner hərəkatından bəhs olunmadı. Çağdaş dünyəvi dəyərləri bölüşən, hər sahədəortodoks müsəlman cəmiyyətlərinə nümunə ola biləsi bu qurumların tarixçəsiayrıca söhbətin mövzusudur.

TƏQVİM / ARXİV