O, BİR NUR İDİ

FAİQ QİSMƏTOĞLU
62474 | 2017-11-08 13:13

… Payız ayları mənim üçün çox ağrılı, çox kədərli və çox hüznlüdür.Çünki bu aylarda ən ağır günlərimi, ən dərli anlarımı yaşamışam. Sentyabr ayındaatamı itirmişəm, oktyabr ayında qardaşım rəhmətə gedib, noyabr ayında isə anam dünyasınıdəyişib. Və hər payız gələndə qəlbim üşüyür. Düşünürəm ki, görəsən bu payız mənimömrümə necə yazılacaq? Əlbəttə, hər şey Allah-Təalanın razılığı ilə baş verir. Yəniqurban olduğum hansı taleyi yazıbsa, onu da yaşamalıyıq və biz Allahın yazdığı heçbir şeyə etiraz eləyə bilmərik…

Bu payızın oktyabrayının 30-u da mənim üçün çox ağır oldu.Yəni payızın qaş-qabağını yığması və havanıntez-tez dəyişməsi çox sevdiyim və nəslimizdə, kökümüzdə böyük hörmət qazanan yaxınqohumumuz – Teyyub Zəkəriyyə oğlu Abbasovun dünyasını dəyişməsinə gətirib çıxardı.Ağlıma gətirməzdim ki, son dərəcə sağlam və hər gün təsərrüfat işləri ilə məşğulolan, əlləşib-vuruşan adamın bir göz qırpımındaürəyi dayanacaq…

Mən onun qədər səbrli,onun qədər dözümlü və onun qədər heç kimə əyilməyən adam az-az tanıyıram. Heç vaxtelədiyi yaxşılığa görə, kiminsə boynuna minnət qoymazdı. Əksinə, o yaxşılığı eləyəndəçox rahat olardı və sevinərdi. Deyərdi ki, mənim əlimdən nə gəlirsə, onu hamıyaeləməliyəm. O fərq qoymazdı ki, bu qohumdu, yaxud yaddır. Hamıya eyni gözlə, eyniürəklə yanaşardı. Kiminsə haqqının tapdanmasına, çörəyinin əlindən alınmasına vəən nəhayət, incidilməsinə imkan verməzdi.

Allah-Təalahər adama nur bəxş eləmir… Allah-Təala seçdiyi və sevdiyi insanlara nur verir. Yəni o insanların çöhrəsində qeyri-adi bir təbəssüm və nur olur. Bizim qohumun da çöhrəsində bir nur vardı və bu gündə mənim gözlərim qarşısına gələndə, həmin nuru onun çöhrəsində görürəm. Heç vaxt qaş-qabağını yığmazdı. Düzdü, çoxzəhmli adam idi, ciddi insan idi. Ancaq qohum-əqraba arasında bu zəhm də, bu ciddilikdə heç vaxt hiss olunmurdu. O, bizdən bir şeyə görə inciyərdi: qapısını gec-gecaçdığımız üçün! Deyərdi ki, axı mən sizin hamınızı çox istəyirəm, niyə gec-gec gəlirsiniz?Əvvəllər Sumqayıt şəhərinin 17-ci mikrorayonunda iş yerindən verilən mənzildə yaşayırdılar.Sonra elə oldu ki, Yeni Yaşma yaşayış sahəsindən torpaq aldı və qısa zamanda ordaikimərtəbəli ev tikdi, həyət-bacada ağac, gül-çiçək əkdi və böyük bir təsərrüfatyaratdı. Və bizə də deyərdi ki, gəlin burda torpaq sahəsi götürün. Düzdür, mən otorpaq sahəsini götürmədim. Amma baldızları Roza xanıma, Bənövşə xanıma yanındantorpaq sahəsi götürtmüşdü. Elə həmişə də istəyirdi ki, süfrəsinin arxasında bütünqohum-əqrabası əyləşsin. Adam var ki, evinə gedəndə qaş-qabağı yer süpürür. Ammaonun evinə getməyəndə, qaş-qabağı çatılardı. Elə ki, həyətə girirdin, qapını açırdın,bax, onda elə bil dünyanı ona verirdin. İki daşın arasında qoyun-quzu kəsdirər,süfrə açdırardı. Ümumiyyətlə, Teyyub müəllim hamıya çörək verən insan olub…

Teyyub Abbasov1948-ci ilin iyulun 1-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Xarkovda ali məktəbi bitirib. Təyinatla Sumqayıtdakı Kimya İstehsalat Birliyində 7-ci hərbiləşdirilmiş yanğınsöndürməhissəsində əməkdaş kimi işə başlayıb, sonra rəis müavini və rəis olub. O, burda uzunmüddət rəis vəzifəsində çalışıb. Yəni başqa sözlə demiş olsaq, bu vəzifədə əyləşəndədüşünüb ki, hər işə vicdanla yanaşmaq lazımdır. Onu tanıyan adamlar çox yaxşı bilirlərki, Teyyub Abbasov kiminsə haqqının taplanmasına imkan verməyib və ədalətsiz dəiş görməyib. Daha doğrusu, Teyyub müəllim hansı vəzifədə əyləşməyindən asılı olmayaraq,haqq-ədalətə sığınıb və həmişə obyektiv olub. O, balalarına heç vaxt haram çörək yedizdirməyib. Teyyub Abbasovbir müddət də Binəqədi rayonundakı 37 nömrəlihərbiləşdirilmiş yanğından mühafizə idarəsində müfəttiş işləyib. 1994-1999-cuillərdə isə Sumaqayıt şəhərindəki 7 nömrəli hərbiləşdirilmiş yanğından mühafizəidarəsində rəis vəzifəsində çalışıb.

O, çox zəhmətkeş və halal bir ailədə böyüyüb, tərbiyə alıb. Heç bir arxası, heç birköməyi olmadan rəis vəzifəsinə qədər yüksəlib. 1999-cu ildə isə polkovnik-leytenantkimi təqaüdə çıxıb. Teyyub müəllim hamının qarşısında alnıaçıq, üzüağ olub. Yəniheç kim deyə bilməz ki, Teyyub Abbasov rəis işləyəndə kiminsə haqqını tapdalayıbvə kiməsə qarşı əldalətsizlik edib.

Heç vaxt əziyyətdən,zəhmətdən qorxmayıb. Hər şeyə, hər bir uğura öz gücüylə çatıb. Təqaüdə çıxandansonra böyük bir təsərrüfat yaradıb. Halal zəhmətlə mal-qoyun saxlayıb və bundanqohum-əqrabaya da lazım gələndə əl tutub, pay verib. Yazımızın əvvəlində qeyd elədikki, Teyyub Abbasov çox təmiz, vicdanlı və həqiqəti sevən insan olub. O, haqsızlığaqarşı həmişə etiraz səsini ucaldıb. Kimliyindən asılı olmayaraq, əgər haqsızlıqedərdisə, bax, onda bu kişini qarşısında görərdi.

… Yetmiş yaşına çoxaz qalmışdı. Ürək vəfa eləsəydi, 2018-ci ilin iyulun 1-də 70 yaşı tamam olacaqdı. Amma heç vaxt təmtəraqlı ad günləri keçirməyixoşlamazdı. Düzdü, istəyərdi ki, ocağının başında doğmaları, yaxınları əyləşsin…istəyərdi ki, qohum-əqraba onun qapısını tez-tez açsın… istəyərdi ki, evi həmişəqonaq-qaralı olsun… qonaq-qara olmayanda bulud kimi dolardı, rəngi də qapqara qaralardı. Mənə deyərdi ki, ay qohum,sən Allah, bizə tez-tez gəl! Çünki mənim ürəyim hamınızı çox istəyir. Düzdü, onunürəyi bizi çox istəyirdi. Amma vaxt qıtlığında, bir az da məsafə çox olduğundanmən bacımgilə gec-gec gedərdim…

Ən çox baldızlarıRoza xanım, Bənövşə xanım, İradə xanım onların qapısını açardı. Ən çox dərdləşdiyiadamlar bacanaqları - Etibar müəllim və bir də Qərib olardı. Çünki onlar Teyyub müəllimi hamıdan çoxistəyərdilər və tez-tez də onun qapısını açardılar. Bacıları Fatma, Şəkər, Validə də onun xətriniçox istəyərdilər. Çünki o, yaxşı qardaş idi, yaxşı ata idi, yaxşı baba idi, yaxşıyeznə idi, yaxşı da bacanaq idi. Bu cür adamlar dünyaya az-az gəlir. Gələndə necətəlatüm yaradırsa, gedəndə də elə bir təlatüm yaradır…

Maşallah, iki ağıllıoğlu var: biri Elnur, biri də Vüqar. Atalar o vaxt xoşbəxt olurlar ki, onların yolunudavam etdirən var… atalar o vaxt xoşbəxt olurlar ki, onlar dünyasını dəyişəndə övladlarındanarxayın gedirlər… atalar o vaxt xoşbəxt olurlar ki, nəvələr də onlara bənzəyir.Teyyub müəllimin iki nəvəsi var. Onlardan biri kinq-boks üzrə Avropa çempionudu.İndi Gəncədə hərbi xidmətdədi.

Mən dünyada bir-birinəsədaqətli çox adamlar görmüşəm. Amma Teyyub müəllimlə Əfruz xanım kimi bir-birinəbağlı, bir-birinə əbədi bir istəyi olan insanlarla az-az rastlaşmışam. İnanın, onlarıheç vaxt ayrı təsəvvür etmək mümkün deyil. Düzdür, bu gün Teyyub müəllim Allahın dərgahındadır. Amma bir onu bilirəm ki,o, bir gün də, bir saat da Əfruz xanımın yadından çıxmır…

Çox qəribədir ki,onu yumaq üçün məscidə aparmışdıq. Və məsciddə də qeyri-adi bir möcüzə baş verdi.O, məsciddə yuyulmağa başlayandan son ana qədər orda azan səsi gəldi və Quran oxundu. Mən bu anı oğlanları Elnurun və Vüqarın yadına saldım. Dedim ki, bax,bu sizə böyük təsəlli olmalıdır. Yalnız Allah çox sevdiyi insanlara bu cür xoşbəxtlikbəxş edə bilər. Azan və Quran səsi altında yuyulmaq və son mənzilə yola salınmaqhər adama qismət olmur.

Dünyada hərə öz ömrünüvə Allah-Təala tərəfindən bəxş edildiyi illəri yaşayır. Təqaüddə olan polkovnik-leytenantTeyyub Abbasov da Allahın ona verdiyi bu illəri çox namusla, çox şərəflə və çoxqeyrətlə alnıaçıq yaşayıb. Onun övladları və nəvələri ataları, babalarıyla həmişəqürur duyacaqlar və deyəcəklər ki, mən Teyyub müəllimin oğluyam, nəvəsiyəm! Bundanböyük dəyər, bundan qiymətli varlıq ola bilməz! Elə insanın da bu dünyada qazandığıvar-dövlət onun təmizliyi, saflığı və qürurudu. Çünki bu qüruru, bu təmizliyi nəzamanın tufanı, nə zəlzələsi heç vaxt məhv edə bilməz! Ona görə ki, nə qüruru, nə mənəvi saflığı pulla almaq,var-dövlətlə qazanmaq mümkün deyil…


TƏQVİM / ARXİV