adalet.az header logo
  • Bakı 7°C
07 Noyabr 2017 18:06
24126
ŞOU-BİZNES
A- A+

İbrahim Erkalın ölümü ilə bağlı məhkəmə qərarı verildi

30 gün reanimasiyada qaldıqdan sonra mayın 11-də dünyasını dəyişmiş türkiyəli sənətçi İbrahim Erkalın ölümü ilə bağlı məhkəmə qərarı açıqlanıb.

Adalet.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, avtodayanacaqda huşsuz vəziyyətdə tapılan və xəstəxanaya çatdırılan sənətçinin ölümündə hər hansı cinayət izi olmadığı müəyyən edilib. Məhkəmənin qərarında "İbrahim Erkalın ölümündə qəsd və ya hər hansı cinayət ehtimalı olmadığına qərar verilib” deyilir.

Xatırladaq ki, aprelin 12-də avtodayanacaqda huşsuz tapılan İbrahim Erkal beyin qanamasından dünyasını dəyişib.(axşam.az)