ANA SƏHİFƏ / SAĞLAMLIQ

3 mindən çox göz xəstəsi əməliyyat üçün növbə gözləyir

3194    |   2017-11-07 17:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hazırda 3000-dən çox xəstə gözün buynuz qişasının transplantasiyası əməliyyatı üçün Milli Oftomologiya Mərkəzində növbə gözləyir.

Bunu Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya mərkəzininin aparıcı elmi işçisi Fərəh Abduləliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, prezidentin verdiyi fərman artıq həmin şəxslərin ölkəmizdə əməliyyat edilməsinə imkan verəcək: "Xəstələrin 10-20 faizini uşaqlar təşkil edir. Buynuz qişalar ABŞ, Rusiya, İrandan gətiriləcək. Artıq bu transplantların ölkəyə gətirilməsi üçün danışıqlar aparılır. Yaxın günlərdə transplantlar ölkəyə gətiriləcək. Bir neçə həftəyə buynuz qişanın transplantasiyası əməliyyatı ilk dəfə ölkəmizdə icra ediləcək. İlk mərhələdə təcili əməliyyata ehtiyacı olan şəxslər əməliyyat ediləcək. Sonra isə növbəli şəkildə ehtiyacı olanların hamısı əməliyyata cəlb ediləcək”.

Fərəh Abduləliyeva keraktokonus xəstəliyi, buynuz qişanın zədələnməsi kimi problem yaşayan şəxslər, yaşlı adamlarda əvvəlki göz əməliyyatlarından sonra yaranan problemlərdən sonra buynuz qişasının transplantasiyasına ehtiyac olduğunu bildirib:

"Bu xəstələr ölkəmizdə əməliyyat edilə bilmədiyindən xarici ölkələrə - Rusiya, İrana üz tuturdular. Artıq bu xəstələr ölkəmizdə əməliyyat ediləcək. İlkin mərhələdə bu əməliyyatı ölkədə yalnız 4 həkimin icra etməsinə icazə verilib. Bu həkimlər Milli Oftomologiya Mərkəzi və Respublika Diaqnostika Mərkəzində icra ediləcək”.

Elmi işçi qeyd edib ki, hazırda mərkəzdə buynuz qişa bankı yaradılır: "Gələcəkdə buynuz qişanın transplantasiyası üçün xaricdən donor gətirməyə ehtiyac olmayacaq”.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK