adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2017 16:14
12427
SİYASƏT
A- A+

Ərdoğan AKP-nin iclasında Bakı-Tbilisi-Qarsdan danışdı

"Bakı-Tbilisi-Qars aylarla davam edən dəniz yolu və baha başa gələn hava yolu nəqliyyatına alternativdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisində baş tutan qrup toplantısında bəyan edib.

Ərdoğan qeyd edib ki, artıq Bakı-Tbilisi-Qars istifadəyə verilib: "Qazaxıstandan buğda ilə yüklənən ilk qatar Mersin limanına müəyyən edilən vaxtından tez çatıb. Beləliklə, aylarla davam edən dəniz yolu və çox baha başa gələn hava yolu nəqliyyatına alternativ yeni ticarət yolu ortaya çıxacaq”.

Qeyd edək ki, Qazaxıstandan yola çıxan qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb. 30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton buğda daşınıb.

Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan dövlət və hökumət başçılarının iştirakı ilə oktyabrın 30-da istifadəyə verilib.