ANA SƏHİFƏ / GÜNDƏM

ARABULUCU, YAXUD BARIŞDIRICI

3238    |   2017-11-07 15:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox dəhşətli bir statistikadı. İldə 450 min boşanma olur (biz onların yanında şükürlüyük, bizdə 15 mindi). Hökumət buna bir çarə axtarır. Nəhayət, «Arabulucu» adlanan yeni bir ictimai institut yaradılıb. Burada 3 min vəkil çalışacaq. Onların vəzifəsi elə arabuluculuğu etmək, yəni çalışıb boşananları barışdırmaq, əks halda isə işi məhkəməsiz həll etmək.

Maraqlı institutdu. Belə bir institutu Azərbaycanda da yaratmaq olar, həm məhkəmələrin işi yüngülləşər, həm də vəkillər işlə təmin olunar.

Təbii ki, bizdə Arabulucu xoş söz olmadığına görə biz onun adını Barışdırıcı da qoya bilərik. Onu da qeyd edim ki, Türkiyədə bir boşanma məhkəməsi ən azı 3 ay çəkir. Həm də ailələr bu 3 aylıq işgəncədən xilas olmuş olarlar.




İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO