adalet.az header logo
  • Bakı 20°C
07 Noyabr 2017 15:05
18321
DÜNYA
A- A+

KİM ÇEN ININ «TRİPAÇLIĞI» ABŞ-a SƏRF EDİR

Şimali Koreyanın prezidenti aləmi qatıb bir-birinə. Hamını hədələyir, deyir ABŞ-ı yer üzündən siləcəm, Yaponiyanı suya qərq edəcəm, Cənubi Koreyanı diz çökdürəcəm və sair və ilaxır.

Amma bu bəyanatlar elə ABŞ-ın xeyirinə işləyir. Prezident Tramp gəlmişdi Yaponiyaya. Yaponlarla müqavilələr bağladılar, Günəş ölkəsinə babat silah satacaq. Ordan da keçdi Cənubi Koreyaya, yəqin ki onlara da xeyli silah satacaq.

Bir-iki ay əvvəl də Suriyaya gəlmişdi, onlara da 110 milyard dollarlıq silah-sursat sırayacaqlar.

Bir sözlə, ABŞ-ın gəlhagəlidi.