adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Noyabr 2017 13:54
28639
İQTİSADİYYAT
A- A+

Nazir Siyavuş Novruzovla razılaşmadı: “Özümü qonaq kimi hiss etmirəm”

Maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Adalet.az-ın məlumatına görə, S.Şərifov deyib ki, Azərbaycanın dövlət büdcəsinin sosializmdən fərqlənməməyi ilə bağlı deyilən fikirlərlə razı deyil.

Xatırlaadq ki, bu gün parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bizim büdcəmiz sosializmdən fərqlənməlidir və yeni dəyərlər əsasında qurulmalıdır. Komitə sədri qeyd edib ki, büdcə Marksın və digərlərinin nəzəriyyələri ilə deyil, siyasi nəzəriyyələr ilə formalaşdırılır.

Nazir S.Novruzovun "Azərbaycanın milli və dini adət-ənənələrinin nəzərə alaraq, müzakirələrə dəvət olunan şəxslərə hörmətlə yanaşaq və dərinə getməyək” fikirlərinə də münasibət bildirib.

Neçə illərdir Milli Məclisə gəldiyini deyən S.Şərifov burada özünü qonaq kimi hiss etmədiyini bildirib.

"Milli Məclisdə mənim də təmsil olunduğum hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri var. YAP üzləri Milli Məclisdə kifayət qədər çoxluq təşkil edir və dövlətin siyasətini, dövlət tərəfindən verilən təklifləri dəstəkləyirlər”.(azvision.az)