adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Noyabr 2017 12:41
13372
SİYASƏT
A- A+

Siyavuş Novruzov: “Deputatların maaşı artırılmalıdır”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputatların maaşının artırılmasını təklif edib.

Adalet.az xəbər verir ki, komitə sədri bu gün parlamentdə büdcə müzakirələri zamanı belə bir təkliflə çıxış edib.

S.Novruzov hesab edir ki, Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin maaşından azdır: "Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.