adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2017 12:32
3278
HADİSƏ
A- A+

Bakıda piyadanı vurub qaçan qadın sürücü tutuldu

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.