adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Noyabr 2017 11:24
11732
SİYASƏT
A- A+

“Bu, Azərbaycanın dinamik inkişafını daha da artıracaq”

Bu gün Milli Məclisin 5 komitəsinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir.

Adalet.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Bakı-Tbilisi-Qars” layihəsi Azərbaycanın tarixində böyük bir hadisədir. Deputat bildirib ki, Azərbaycan qlobal transmilli layihələrdə çox uğurla iştirak edir.

"Bu, Azərbaycanın dinamik inkişafını daha da artıracaq. Rəqabət qabiliyyətinə görə, Azərbaycan 35-ci yerdədir. Ümumilikdə iqtisadi islahatların dərinləşməsi istiqamətində mühüm işlər görülür”.

Komitə sədri qeyd edib ki, ötən gün cənab prezident "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ("ASK” ASC) yaradılması haqqında Fərman imzalayıb. "Bu korporasiya Azərbaycanın emal sahəsinin inkişafında böyük rolu olacaq. Son zamanlar onlarla qanunlarda dəyişiklik edilib və investisiya mühitinin inkişafı üçün addımlar atılıb. Bildiyiniz kimi gələn il Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illiyidir.

Eyni zamanda bu büdcə 100 illiyin büdcəsi olacaq”.(modern.az)