adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Noyabr 2017 16:29
10534
İDMAN
A- A+

Gimnastımız bir yarışda 4 qızıl və 1 gümüş medal qazandı

Belçikanın Gent şəhərində bədii gimnastika üzrə keçirilən "Happy Cup” adlı beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarış yığmamız üçün uğurlu alınıb.

Komandamız Gentdə hesabına 5 medal yazdırıb. Belə ki, gimnastımız Zöhrə Ağamirova çoxnövçülükdə 27 iştirakçı arasında çempion tituluna yiyələnib. O, halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq, növbəti 3 qızıl medala yiyələnib və bununla da Gentin idman arenasında 4 dəfə Azərbaycan himnini səsləndirib. Zöhrə 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə yeniyetmələrin proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.