adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Noyabr 2017 16:09
18406
ELM VƏ TƏHSİL
A- A+

UNEC Gənc Müəllimlər Şurası yaradılıb

UNEC rektoru, professor Ədalət Muradov gənc müəllimlərləgörüşüb.

Görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 yubileyinə həsr olunan illik təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqin nümayiş etdirilib.

UNEC rektoru Ümummilli liderin çıxışındakı "iqtisadiyyatı irəliyəaparmaq, dünyanın mürəkkəb maliyyə və iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır" fikrinə diqqət çəkib.Bildirib ki, son üç ildə UNEC-in pedaqoji və inzibati heyətinə Avropa, Amerika və Kanadanın nüfuzlu universitetlərindən məzun olan300-dən çox gəncin cəlb edilməsi Ulu öndərinuniversitet qarşısında qoyduğu məqsəd və vəzifələrin tərkib hissəsidir.

Görüşdə UNEC-də həyata keçirilən "Gəncprofessorlar" və "Gənc müəllimlər" layihəsinin əhəmiyyəti vurğulanıb.Differensial Əməkhaqqı Sisteminə əsasən tərtib edilən müəllimlərin reytinqcədvəlində gənc müəllimlərin ön sıralarda yer almasının qürurverici olduğu diqqətə çatdırılıb.Gənc müəllimlər pedaqoji və tədqiqatçı bacarıqlarının daha datəkmilləşməsi məqsədi ilə mütəmadi həyata keçirilən yay və qış məktəblərinin üstünlüklərindən danışıblar.Pedaqoji heyət arasında kommunukasiyanın tam təkmilləşdirilməsinin zəruriliyini vurğulayangənc müəllimlər təkliflərlə çıxış ediblər.Onlar gənc müəllimlərin potensialını daha da artırmaq vəsəmərəli istifadə etmək məqsədilə UNEC Gənc Müəllimlər Şurasının yaradılması qərarına gəliblər.Təklif müsbət qiymətləndirilib. Bildirilib ki, şuranın fəaliyyətə başlaması gənc müəllimlərintəşəbbüskarlığına təkan verməklə yanaşı, onların idarəetmə prosesində də fəal iştiraklarına zəmin yaradacaq.

UNEC-in Distant, Qiyabi və ƏlavəTəhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Şuranın sədri seçilib.