adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Noyabr 2017 15:45
11725
İDMAN
A- A+

Azərbaycan – Almaniya oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Almaniya matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 9-da baş tutacaq qarşılaşmanı Qazaxıstan təmsilçiləri idarə edəcək.

"Dalğa Arena”da keçiriləcək görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Alibek Aubakirov və Yevgeni Belski yardım edəcək. Bulat Sarıyev isə qarşılaşmanın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu saat 18:00-da başlayacaq.