Azərbaycanlı prodüser İraq ziyarətində vəfat edib
İraqın Nəcəf şəhərinə Ərbəin ziyarətinə gedən azərbaycanlı zəvvarlardan daha bir nəfəri dünyasını dəyişib.
APA-nın məlumatına görə Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Ağakişiyev Fikrət Abdulxaliq oğlunun ötən gün ziyarət zamanı qəflətən halı pisləşib və o, ürəktutmadan vəfat edib.
Ailə üzvlərinin razılığı ilə mərhum ötən gecə azərbaycanlı zəvvarların müşayiəti ilə dünyanın ən böyük qəbiristanlığı hesab edilən Nəcəf şəhərinin Vadi-əs-Salam məzarlığında dəfn edilib.
Göyçayda tanınan şəxs olan Fikrət Ağakişiyev Bakıda uzun illər bir neçə tanınmış müğənninin prodüseri, eləcə də şoumen kimi çalışıb.
Qeyd edək ki, İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev də noyabrın 4-də dünyasını dəyişib.
Digər Xəbərlər
23 Aprel 2024 11:35
Məktəblilərə tütün məmulatları satanlar cərimələndi
23 Aprel 2024 09:54Azərbaycanda zəlzələ oldu
21 Aprel 2024 12:57Qubadlıda top mərmiləri aşkar edildi
20 Aprel 2024 10:51Ağcabədidə "Mercedes" yandı
19 Aprel 2024 18:04