adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Noyabr 2017 15:10
12729
SİYASƏT
A- A+

Milli Məclisə əlavə seçkilərin keçirilmə qaydası dəyişir

Milli Məclisə əlavə seçkilərin keçirilməsi qaydasında dəyişikliklər edilir.

Bununla bağlı Seçki Məcəlləsinin 176-cı maddəsinə (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi) dəyişikliklər təklif olunur.

Təklif olunan dəyişikliyə görə, (176.2-ci maddə üzrə) Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində, 6-cı (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) və 7-ci bəndlərində (Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər.

(176.3-cü maddə üzrə) Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci 6-cı (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) və 7-ci bəndlərində (Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) göstərilən hallarda qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır. Həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır.

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.