ANA SƏHİFƏ / HÜQUQ

BİR VƏKİLƏ 370 CİNAYƏT İŞİ

36389    |   2017-11-06 14:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gürcüstanda 100 min adama 85, Ermənistanda 43, Azərbaycanın bir qəsəbəsi boyda Lüksemburqda 322 vəkil düşür. Azərbaycanda isə bu rəqəm 8,5-dir. Statistikaya görə isə il ərzində məhkəmələrdə 370 min işə baxılır. Təbii ki, bunun da hamısı cinayət işi deyil, ailə-məişət problemi var, boşanmalar, mülk iddiaları və sair və ilaxır. Vəkillər Kollegiyasının da 950 üzvü var.

Nümayəndəlik də ləğv edildi. İndi bir vəkilə təxminən 370 iş düşəcək. Heç bir vəkil, lap Allahın bacısı oğlu olsa belə, bu qədər yükün altına girə bilməz. Hələ nəzərə alsaq ki, ən adi bir məhkəmə prosesi üç mərhələdən keçir: rayon məhkəməsi, Apellyasiya məhkəməsi, Ali məhkəmə. Vəkil də bu prosesin hamısında iştirak etməlidir. Hələ elə məhkəmələr də var ki, bəzən iki-üç ay çəkir.

Statistikaya görə, orta hesabla hər ay təxminən 1200 boşanma baş verir. Deməli, bu işə 2400 vəkil çıxmalıdır.

Düzdür, belə bir əlavə var ki, yaxın qohum nümayəndə kimi məhkəmədə iştirak edə bilər. Amma hamının hüquqşünas yaxın qohumu varmı?

Üç ilə yaxındır ki, Vəkillər Kollegiyasına üzv qəbulu keçirilmir. Nə vaxt keçiriləcəyi də hələ üfüqdə görünmür.

O da bir həqiqətdir ki, nümayəndələrin işində istənilən qədər nöqsan vardı, onlar çox vaxt vəkilliklə deyil, vasitəçiliklə məşğuluydu. Amma o da var ki, təkcə nümayəndələr deyil, bəzi vəkillər də vasitəçilik edirdilər və edirlər.

Qısası, vəkillik məsələsi Qordi düyününə dönüb və kələfin ucu itib.

Yaşayaq görək nə olur.


Rüstəm HACIYEV




İmza:
SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK