adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Noyabr 2017 16:25
14558
ƏDƏBİYYAT
A- A+

Məşhur türk yazıçı həbsxanadan məktub yazdı: “Məni unutsunlar”

"Behzat Ç”nin ssenaristi kimi tanınan yazıçı Emrah Serbes sentyabrın 22-də sərxoş olduğu avtomobildə səhərə yaxın qəza törədib. Qəza nəticəsində eyni ailədən üç nəfər həlak olub. Cinayəti yazıçının dostu boynuna götürsə də altı gün sonra Emrah Serbes özünün Twitter hesabında məktub paylaşaraq həmin gün avtomobili özünün idarə etdiyini, lakin şok yaşadığı üçün qəza zamanı bunu boynundan atdığını deyib. Hazırda həbsdə olan yazıçı "Posta” qəzetinin əməkdaşının göndərdiyi sualları cavablandırmaqdan imtina edərək məktub yazıb.

Adalet.az məktubu təqdim edir.

"Məktubunuza cavab yazmağı düşündüm, amma əlim bir müddət qələmə getmədi. Erdal Beşikçioğlu ("Behzat Ç” serialının baş qəhrəmanı) ilə elədiyiniz müsahibəni oxuduqdan sonra özümü yaxşı hiss etdim və qısa da olsa bir cavab yazmaq lazım olduğunu düşündüm.

Mən özümü tanıyandan oxuyub-yazıram. "Behzat Ç”ni hər yerdə yaza bilərəm. Tək əllə "jim” edərək də yazaram, "otverka” ilə də yazaram. Çünki əlimdən gələn yeganə iş yazmaqdır. Bunu bütün xalqım bilsin, mən burda günahımın cəzasını çəkirəm. Mənim üzümdən serialın 300 nəfərlik heyətinin də cəza çəkməsinə gərək yoxdur.

Bəli, düşündüm, danışdım. İstifadə etdiyim dərmanları atdım, ailəmlə vidalaşdım və qəzanın altıncı gününsə təslim oldum. Tanrı belə dünyanı altı gündə yaratdı, mənim altıncı gündə təslim olmağıma niyə heyrətlənirlər bilmirəm.

Mən təslim olanda prokuror təşəkkür etdi, haqqımda araşdırma aparıldığını da o gün öyrəndim. Mənə nə bildiriş gəlmişdi, nə də xaricə çıxmaq qadağası vardı. Beş illik Şengen vizası vardı, istəsəydim ölkəni tərk edə bilərdim və heç bir ölkə də məni Türkiyəyə qaytarmazdı.

Amma mən bu məmləkətin yazarıyam və məmləkətimi sevirəm. İsveçrədə, Fransada, ya da Almaniyada ölmək istəmirəm.

Mən qəhrəman deyiləm, amma haqqımda danışdıqları qədər canavar da deyiləm. Mən sadəcə insanam. Mənim üzümdən üç insan həyatını itirdi. Vicdan əzabı və utanc içindəyəm. Günahkaram, peşmanam və üzgünəm.

Cəzamı çəkmək istəyirəm. Həbsxanada olmaq mənə yaxşı təsir edir. Dəmir qapılar möhkəm örtüldükdə, işçilər adımı bağırdıqda, ayaqqabımı çıxararaq üstümü axtardıqlarında, bütün bunları cəzamın bir parçası olaraq görürəm. İnsanlardan bircə ricam var, məni unutsunlar, məni rahat buraxsınlar, cəzamı çəkim.

Hörmətlə Emrah Serbes”