adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Noyabr 2017 13:14
10181
MƏMLƏKƏT
A- A+

“Keçmişdən Gələcəyə” layihəsi başa çatdı

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə, "Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı ilə "Keçmişdən Gələcəyə” gənclər arasında tarixi mədəni abidələrin təbliği layihəsi baş tutub.

Layihənin 1-ci günü Açılış mərasimində "Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin sədri Turqay Həsənəliyev, ATMU-nun baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin informasiya, ictimaiyyətlə əlaqələr şöbəsinin , QHT-lərlə iş sektorunun nümayəndəsi Rəvanə Abdullayeva iştirak edib. Vüsalə Məmmədzadə Azərbaycan mədəniyyəti, xarici ölkələrin mədəniyyəti haqqında iştirakçılara məlumat verib və bu məlumatları bilməyin turizm sektoru üçün vacibliyini vurğulayıb. Peşəkar ekspert və təlimçilər tərəfindən forum və seminar xarakterli görüşlər olub.

Layihənin 2-ci günü təlimin davamı olaraq məlumat verilib və "Atəşgah”a məlumatlandırıcı ekskursiya olub.

Bakı şəhərində 65 nəfər gəncin iştirakı ilə 2 gün müddətində həyata keçirilən layihənin əsas məqsədi milli-mədəni irsimizin qorunmasına xidmət edən məqsədyönlü tədbirlər həyata keçirmək, tarixi abidələrimizin qorunması və təbliği yönündə gənclərimizin təşəbbüskarılığını artırmaq, ölkədə bu istiqamətdə aparılan tədbir və proqramlarda, xüsusilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”-nın icrasında gənclərin rolu və vəzifələrini geniş kütləyə aşılamaqdan ibarət olub.

Layihənin sonunda gənclər tərəfindən beynəlxalq miqyasda, xüsusilə sosial şəbəkə və platformalar üzərindən ölkəmizin təbliğinə dair gənclərin yenilikçi ideyaları toplanılacaq və icrası üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.