ANA SƏHİFƏ / MARAQLI

“Vəhşi diviziya”: “Alman əsgərlərinə ərə gedin” - Çeçen komandir - VİDEO

10649    |   2017-11-06 13:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir. 

Qafqaz Yerli Süvari diviziyasında ("Vəhşi diviziya”) azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. "Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub. 

Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar. Qeyd edək ki, tariximizin bu dönəmi çox az araşdırılıb. Təəssüf ki, "Vəhşi diviziya” barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb. MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.




İmza:
SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK