adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Noyabr 2017 12:35
3104
HADİSƏ
A- A+

Həftəsonu ölkədə 10 qəza olub - 7 ölü, 8 yaralı

İstirahət günlərində respublika ərazisində 10 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, ötən həftənin şənbə günü respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bazar günü 05 noyabr tarixində isə 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.