adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Noyabr 2017 12:23
10875
İDMAN
A- A+

“Kəpəz”in “Qarabağ” üzərindəki qələbəsindən 15 il ötür

Premyer Liqanın XI turu "Kəpəz”in "Qarabağ” sindromunun davamı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Gəncədə keçirilən görüşdə 0:2 hesabı ilə uduzan qərblilər artıq 22 matçdı ağdamlılara qalib gələ bilmir.

"Kəpəz”in son qələbəsindən 15 il 7 ay ötüb. Gəncəlilər sonuncu dəfə yarımçıq qalan 2001/02 mövsümündə qalib gələ bilmişdi.

2002-ci il aprelin 6-da 3:0 hesablı qələbə qazanan qərblilər həmin ev oyunundan sonra "Qarabağ”ı üstələyə bilməyib. 5693 gündü davam edən seriya dövründə "Kəpəz”in qazancı 4 heç-heçə olub. 15 ildən artıq davam edən seriya dövründə 18 dəfə isə ağdamlılar qalib gəlib.

22 oyunluq sindrom Azərbaycan çempionatları tarixinin ən yüksək göstəricidi. 1992-ci ildən keçirilən yarışların 25 illik tarixində yalnız bir cütdə 22 matçlıq sindrom müşahidə olunmuşdu.

Həmin cüt də "Kəpəz”in adı ilə bağlıdı. Amma MOİK-lə duellərdə qərblilər ardıcıl 22 dəfə uduzmamışdı. İndi isə "Kəpəz”lə duellərdə "Qarabağ” bu rekordu təkrarlayıb.

III dövrədə baş tutacaq matç isə mütləq rekordla əlamətdar ola bilər. XVII turun gələn il fevralın 25-də keçiriləcək qarşılaşmasında "Kəpəz” qalib gəlməsə, Premyer Liqa tarixinin ən böyük "kabus”unu yaşamış olacaq.