Qəzalı körpü bərpa olunur
Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb.
"Azəravtoyol” ASC-dən verilən məlumata görə, aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür.
Bunun üçün körpünün altında, çay məcrasında 8 metr uzunluğunda və 2 metr enində monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunur və körpünün altından aşırım tirlərinə bərkidilir. Aparılan bərkitmə işləri körpünün yükgötürmə qabiliyyətini xeyli artıracaq və tez bir zamanda sıradan çıxmasının qarşısını alacaq.
Bərkitmə işləri yekunlaşandan sonra körpünün üstü yenidən asfaltlanaraq yol ötürücüsü yaxın günlərdə və yeni görkəmdə sürücülərin istifadəsinə veriləcək.
Qeyd edək ki, uzun müddət istismar olunduğundan və ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşən körpü ötən əsrin 70-ci illərində inşa olunub. Körpünün uzunluğu 130 metr, eni isə 13 metrdir.
Digər Xəbərlər
18 Aprel 2024 10:58
Naxçıvanın su ehtiyatlarının həcmi açıqlandı
18 Aprel 2024 10:13Şənbə günü Bakıda iməcilik keçiriləcək
17 Aprel 2024 12:56Sabah 28° isti olacaq
17 Aprel 2024 12:24Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur
17 Aprel 2024 12:16