adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Noyabr 2017 12:15
11635
SİYASƏT
A- A+

Milli Məclis 30 məsələyə görə toplanır

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı bəlli olub.

Milli Məclisin mətbuat katibi Akif TəvəkküloğluModern.az-a açıqlamasında deyib ki, payız sessiyasının növbəti iclası noyabrın 14-də keçiriləcək. Gündəliyə 30 məsələ daxil edilib.


Gündəlikdə bir sıra qanunlara dəyişiklər müzakirə ediləcək. Bunlar aşağıdakılardır:


Cinayət Məcəlləsinə dəyişiklik;

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik;

Vergi Məcəlləsinə dəyişiklik;

Mülki Məcəlləyə dəyişiklik;

"Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik;

"Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik;

"Poçt haqqında” qanuna dəyişiklik;

"Kommersiya sirri haqqında” qanuna dəyişiklik;

"İnvestisiya fondları haqqında” qanuna dəyişiklik;

"Banklar haqqında” qanuna dəyişiklik;

"Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik;

"Avtomobil yolları haqqında” qanuna dəyişiklik;

"Reklam haqqında” qanuna dəyişiklik;

"Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna dəyişiklik;

"Notariat haqqında” qanuna dəyişiklik;

"Prokurorluq haqqında” qanuna dəyişiklik;

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi ilə əlaqədar;

Azərbaycan Respublikasının "Rəşadət ordeni”nin təsis edilməsi ilə əlaqədar "Orden və medalların təsis edilməsi haqqında”qanuna dəyişiklik;

"Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;

"Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külii miqdarının sıyahısının təsdiq edilməsi haqqında” qanun layihəsi;

"Narkotik vasitələrin və ya psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” qanuna dəyişiklik.