adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Noyabr 2017 11:03
16903
ELM VƏ TƏHSİL
A- A+

Elmar Qasımov SPE-nin prezidenti Darsi Spedi ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE)prezidenti Darsi Spedi və SPE-nin Rusiya və Xəzər regionu üzrə direktoru Aizhana Jussupbekova ilə görüşüb.

Görüş zamanı Elmar Qasımov xanım Aizhana və cənab Darsi Spedini BANM-də görməyinə şad olduğunu bildirib və SPE-nin bu ilki sammitinin məhz BANM-də keçirilməsindən məmnun qaldığını deyib. Rektor SPE-nin neft-qaz sahəsi üzrə mütəxəssislərin yetişdirilməsində əvəzsiz rolunu qeyd edərək BANM-in bu istiqamətdə əməkdaşlığa açıq olduğunu bildirib.

1997-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərən SPE qeyri-hökümət təşkilatının bütün dünya üzrə prezidenti Darsi Spedi Ali Məktəbin rektoruna SPE təşkilatına verdiyi önəm və dəstəyə görə təşəkkür edib.

Elmar Qasımov cənab Darsi Spedidən BANM tələbələrinin SPE-nin fəaliyyətindən yararlana biləcək imkanlar haqqında maraqlanıb. Tərəflər mövcud və gələcək əməkdaşlığın yeni istiqamətləri üzrə müzakirələr aparıb.