adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Noyabr 2017 16:37
4028
HADİSƏ
A- A+

Bakıda bahalı avtomobilin təkərlərini deşib qaçdılar

Bakı sakini avtomobilinə vurulmuş ziyanla bağlı polisə müraciət edib.

Adalet.az Lent.az-a istinadənxəbər verir ki, Xətai rayon Polis İdarəsinə müraciət edən Mehman Musayev adlı şəxs "Range Rover” markalı, 90 LE 102 dövlət nömrə nişanlı avtomobilinin təkərlərinin naməlum şəxs və ya şəxslər tərəfindən boşaldıldığını deyib. Şikayətçinin sözlərinə görə, maşının bəzi hissələri qəsdən cızılıb.

Müraciət əsasında araşdırma aparılır.