adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Noyabr 2017 14:07
9506
SİYASƏT
A- A+

Rusiya Suriya Xalqlarının Konqresini təxirə saldı

Rusiya Türkiyənin etirazı ilə əlaqədar noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

İ.Kalın deyib ki, Rusiya toplantıya PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməyəcəyini də Ankaranın nəzərinə çatdırıb.