ANA SƏHİFƏ / MARAQLI

Görmə əngəllilər üçün “bionik göz”

13279    |   2017-11-05 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Göz insan üçün ən vacib orqanlardan biridir. Təəssüf ki, aramızda qəza nəticəsində və ya anadangəlmə gözdən əlil olan insanlar var. Belə insanlar zaman-zaman müxtəlif problemlərlə üzləşirlər. Görmə ilə bağlı əngəlləri aradan qaldırmaq və problemlərdən əziyyət çəkən insanlara yenidən görmə imkanı yaratmaq məqsədilə bir sıra araşdırmalar aparılır və artıq buna qismən də olsa nail olunub.

Adalet.az xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin alimləri görmə qabiliyyətini itirmiş 30 yaşlı bir qadının beyninə simsiz çip yerləşdiriblər. Belə ki, eynəyə bərkidilmiş videokamera çəkdiyi görüntüləri kiçik cib kompüterinə ötürür. Sonra kompüterdə hazırlanan görüntülər ötürücü üzərindən beyinə göndərilir. Bu, hələlik ilkin sınaq olsa da, artıq bir çox insanlar üçün vacib həyati əhəmiyyət daşımağa başlayıb.

Alimlər ümid edirlər ki, bu yenilik bir çox görmə əngəlli insanlar üçün faydalı olacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK