ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Daşkənddə özbəkcə “Xəmsə” təqdim olundu

4022    |   2017-11-07 16:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında dahi Nizami Gəncəvinin "Xəmsə”sinin özbəkcə nəşrinin təqdimatı keçirilib.Əsəri orijinaldan şair və tərcüməçi Olimcan Buriyev tərcümə edib.

Kitab Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistan paytaxtındakı "İstiqlol nuri” nəşriyyatında çap edilib. Nəşrin redaktoru və "Ön söz”ün müəllifi akademik Aziz Kayumovdur.

Özbəkistan Milli Kitabxanasının direktoru Əlişir Abduəzizov Şərqin ən böyük mütəfəkkirlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin dünya miqyasında təbliğinin vacibliyindən danışıb. O, Özbəkistanda ilk dəfə olaraq şairin əsərlərinin bütövlükdə özbək dilinə tərcümə edildiyini və bu istiqamətdə AMM-in fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, 1937-ci ildən Daşkənd Dövlət Pedaqoji Universiteti dahi şairin adını daşıyır və 2004-cü ildə şəhərdə Nizami Gəncəvinin abidəsi ucaldılıb.

AMM-in direktoru Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığından danışıb, şairin əsərlərinin Özbəkistanda da böyük maraq doğurduğunu vurğulayıb. "Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasında olduğunu qeyd edən Samir Abbasov Nizami irsinin təbliği istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. O, çıxışında ulu öndər Heydər Əliyevin Nizami Gəncəvi haqqında söylədiyi fikirlərdən sitat gətirərək deyib: "Nizami elə böyük bir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir”.

Şair Abduləziz Mansur, Daşkənd İqtisadiyyat və Diplomatiya Universitetinin professoru Raxmon Fərman, Özbəkistanın Turan Akademiyasının həqiqi üzvü, yazıçı Maxkam Maxmudov, tarixçi Nemat Xasan, şair Nurulla Sultan Azərbaycanın zəngin ədəbiyyatının digər xalqların ədəbiyyatına, eləcə də Nizami Gəncəvi yaradıcılığının özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əlişir Nəvaiyə təsir etdiyini və onun türk dilində "Xəmsə” yaratdığını qeyd ediblər. Olimcan Buriyev Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə kitabın nəşrində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin gənclər arasında Nizami yaradıcılığına dair viktorina keçirilib, qaliblərə "Xəmsə” kitabı hədiyyə olunub. Sonda Nizami yaradıcılığına dair sənədli film nümayiş etdirilib. /azertag.az/




İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK