adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Noyabr 2017 12:37
11611
MƏMLƏKƏT
A- A+

Çaylarda sululuq səviyyəsi açıqlanıb

Noyabr ayının ilk günləri üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 40-50 , Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 28 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 231 m3/s olmaqla ongünlük normanın 124 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 193 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Salyanda 35, Bankədə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 m (2016-cı il noyabrın 03-də 544 sm), Şirvanda 237 sm, Salyanda 175 sm (2016-cı il noyabrın 03-də 404 sm), Bankədə 181 sm (2016-cı il noyabrın 03-də 286 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2016-cı il noyabrın 03-də 260 sm) təşkil edir.