Nimdaş geyimli adam

ƏBÜLFƏT MƏDƏTOĞLU
66790 | 2017-11-03 16:21

Onu siz dətanıyırsınız...

Səhər üzümüzə təbəssümləaçıldı. Hava nisbətən ürəyə yatımlıydı. Bilmirəm, bu hamı üçün beləydi, yoxsa təkcəmən bunu duydum, hiss etdim. Hər halda, mən bu səhəri nisbətən daha rahatlıqla qarşıladım. Evdən çıxanda saat00:05 göstərsə də, məndə belə bir təəssürat yarandı ki, bu səhərin havası ürəyimə yatacaq. İndi yazınıbilgisayara diqtə etdiyim vaxt hiss edirəm ki, yanılmamışam. Havada doğrudan dabir həlimlik var. Bu həlimlik adama yazı da xatırladır, payızı da...İnanmırsınızsa, pəncərəyə yaxın gəlin, sonra açın pəncərəni və bir anlıq hər kəsi,hər qayğını unudub könlünüzü tapşırın təbiətə. Görün, o sizi necə kökləyəcək...

Doğrudur, mənimpəncərəm, yəni iş otağımın yönü Yasamal qəbiristanlığına baxır. Bu pəncərədən hərgün dəfələrlə baxıram bu qəbiristanlığa. Burda rahatlıq tapanların içərisindətanıdıqlarım da var, tanımadıqlarım da. Amma mənə elə gəlir ki, indi ordakılarbir-birini məndən də, elə özlərindən də yaxşı tanıyırlar. Çünki hamısı bir libasda,bir durumda və bir də zənnimcə, eyni vəzifənin başındadırlar...

Yəqin ki,axırıncı sözümə güldünüz, dodağınıza təbəssüm gəldi. Amma nahaq. İnancıma görəorda vəzifə bölgüsü yoxdur və orda heç kimin kabineti də, katibəsi də dayanıb onu gözləmir. Nə də kabineti, katibəsi,sürücüsü ona əlavə status vermir. Üstəlik, heç katibəsi də hökm etmək gücündədeyil. Ordabir vəzifə var. O da suallara cavab vermək vəzifəsi...

Ömrümüzboyu oxuyuruq, öyrənirik, suallar veririk və yaxud da sualları cavablandırırıq.Bütün bunlar bir insani vəzifədir. Amma bu insani vəzifənin içərisində bizimoxumağımız, sual cavablandırmağımız isə özəl həyatımız üçündür. Biz bununlaözümüzün həyat problemlərimizi çözməyə, başqalarından daha rahat, daha yuxarıpillədə dayanmağa cəhd edirik, məqsədimiz daha çox bilməklə həm ətrafa, həm dəözümüzə faydalı olmaqdı. Ona görə də bu dünyada verdiyimiz cavab, ünvanladığımsual daha çox şəxsimizə xidmət edir. Bunu bilmək o qədər də çətin deyil. Ən azındanpeyğəmbərimiz də, elə proletarların peyğəmbəri də zamanında deyib ki, "oxumaq, oxumaq, yenədə oxumaq".

Hə, indi ruhumarahatlıq gətirən bu havada düşündüklərimi kağıza köçürmək nisbətən asandı. Vədüşünürəm ki, bu yazını yazan da, oxuyan da, yəqin ki, məni o qədər çoxqınamaz. Ən azından ona görə ki, mən həmişə olduğu kimi, indi də özümü yazıramvə indi də demək istəyirəm ki, bu şənbə yazım bir səfər öncəsidi. Növbəti həftəni,Tanrı qismət etsə, məmləkətdən bir az kənarda qarşılayacam.

Ona görə dəiçimdə olanları, dilimdə göyərənləri kağıza köçürürəm ki, it-bata düşməsin, qəriblikçəkməsin və bir də yoldu, qürbətdi, nə bilmək olar. Ona görə də işimi bir azehtiyatlı tutmağa çalışıram, xüsusilə sənə qarşı. Axı, yazdıqlarım hamısı sənəaiddi, səndəndi və deməli, həm də mənə aiddi və məndəndi! Odur ki, sən də özünüelə mənim kimi, daha doğrusu, bugünkü havanın üstündə köklə. Çalış sözümdən,yazımdan inciməyəsən. Qəlbinə toxunan bir şey olsa, onu qarşıdakı səfərayrılığına bağışla. Axı, yollar özü iləbirlikdə hər şeyi aparır və gətirir, yada gətirmir... Mən isə elə indinin özündə, elə bu anda sənə demək istəyirəmki:


Bu qədər cəhdedirəm

Amma alınmır heçnə...

Dərd hər gündaha artıq-

Çəkir məni içinə...


Üzümdə nəm, təbəssüm

Qəm hopmuş qəm,təbəssüm...

Mənə Zəmzəm təbəssüm-

Tapılmır ki,içilə...


Ümiddi hərsabahım

Sabahdada var "ah”ım...

YaşayıramAllahım-

Verdiyineşq gücünə...


***

Adətənpəncərə önündə dayanıb Yasamal qəbiristanlığına tərəf baxanda daha çoxitirdiyim dostları xatırlayıram, onları düşünürəm. Və ağlımdan da gəlib keçənbu olur ki, onlar mənsiz görəsən orda necə yaşayırlar, nə edirlər? Və sonra da özüm elə bu gicbəsərsuallarıma görə özümü qınayıram. Mən burda nə edirəmsə, onlar da yəqin eləorada həmin işləri görürlər, balansı pozulmağa qoymurlar. Bir az riyazi terminolsa da, həyat özü balans yaradır - dərdlə, həsrətlə, sevinclə vüsalınarasında. Ayrılan ayrılığına qovuşur, atılan isə atıldığı dünyasına. Bir dəqalır ayrılmaq, atılmaq istəməyən. Amma çox təəssüf ki, burda istək nəzərəalınmır. Ondan heç şikayət də vermək olmur, hansı səviyyədə istəyirsən istə.Ona görə ki, hökm ən son yerdən, yəni göyün yeddinci qatından gəlir. Oradanyuxarıda elə oradakıdı, başqa bir kimsə yox. Doğrudur, deyirlər ki, şairlərin dəyeri göyün yeddinci qatında, Yaradanın dizibinin dibindədi. Bu nə qədər xoş birtəsəlli olsa da, mən özüm-özümə onu da diqtə etmişəm ki, ən ədalətli qərarlarıverən, ən dürüst hökmləri imzalayan böyük Allahım hər şairi, hər söz yazanı heçvaxt öz dizinin dibinə yaxın buraxmaz.O, öz ədalətiylə hər kəsi öz yerində otuzdurub həmişə. Və mən də eləburda, öz yerimdə dayanıb məndən ayrılan dostlarımı düşünə-düşünə belə ümidedirəm ki, dünyanı ağa-qaraya, cənnətə, cəhənnəmə bölən biz insanlar nə qədər səhfləredirik, nə qədər günahlara batırıq. Ən böyük günahımız isə o olub ki, torpağaüzüsoyuq deyib ona tapşırdığımızı bir ildən sonra yavaş-yavaş unutmağabaşlayırıq. Amma bilmirik ki, həmin o torpağın qoynuna aldığı doğmamız ruhaçevrilib. Yenə öz yerində, yenə bizim yanımızdadı. Baxır, izləyir və hərdən dəbizim unutqanlığımıza təəssüflənir. Doğrudur, bu gün ruh olanlar, ruha çevrilənlərözləri də nə vaxtsa bizim yaşadıqlarımızı yaşayıblar, bizim kimi düşünüblər,bizim kimi hərəkət ediblər. Ona görə onların da bizə yerlə göy arası boyda iradtutması hardasa doğru deyil. Axı, onlar da bizlərdən biri olub. Lakin bütünhallarda bizlər nəticə çıxarmadığımız üçün günahkarıq. O günahkarlardan biri dəmənəm. Və günahkar olduğumu bildiyim üçün yaşamağın bütün çətinliklərini gözaltına almışam. Hər dəfə də dediyimduruma düşəndə, dediyim hissləri yaşayanda nələrisə dəyişəcəyimə içimdə sözverirəm. Lakin verdiyim sözün üstündə dayana bilmirəm. Bunun da səbəbi iqtisadidurumdu. Ən azından əl cibdən utandığı kimi, cib də əlin yanında üzüqaradı. Deməli,hara çevrilsəm də, hara fırlansam da yenə gəlib ölü nöqtədə dayanıram. O ölünöqtənin adı da dediyim kimi, bütün zamanlarda insanı ayaqda saxlamağı birmənalı şəkildə bacaran vəona yaşamaq üçün zəruri olan maddiyyatdı. Təəssüf...

İndi düşünəcəksinizki, ilin-günün bu saatında məzənnənin üzdüyü bir dövrdə bütün bunları hamıyaxşı bilir. Bunu təkrarlamağa, xüsusi vurğulamağa nə ehtiyac var? Amma yox!Bilmək lazımdır ki, bizləri dünyasını dəyişənlərimizin yanında xəcalətli edən şərtlərdənbiri də elə bu məzənnədi. Axı, onsuz hərəkət etmək mümkün deyil. Hərəkət elməməkdə sonda gətirib durğunluğa çıxarır. O durğunluq da unutqanlığa aparır. Həmin ounutqanlıq da gəlib çatır manqurtluğa!Deməli, bu bağlılığın içərisində əlaqələr o qədər zərif və o qədər də zəruridiki, onu sadəcə düşünməyin özü də adamı həqiqətən dərin bir quyuya salır, kəndirsizbir quyuya. Və bu yerdə yadıma rəhmətlik Vahid Əlifoğlunun bir misrası düşür:

- Qaldı Məlikməmməd,qaldı quyuda!

Doğurdan da quyuvə onun qaranlıq olması insanı xoflandırır. Hətta əyilib onun dibini görməyəndə elə adam xoflanır. İndi təsəvvür elə ki, onundibində olanda hansı anları yaşayırsan, hansı hisslərin içərisindən keçirsən. Mənbu fikri bilgisayara diqtə edəndə bir anlıqiçimdən üşütmə keçdi və elə bildim ki, həqiqətən quyunun dibindəyəm. Yaxşı ki, Sən varsan - işıq kimi, günəş kimi,hava kimi, su kimi! Sən varsan deyə, mən o quyudan ümidin tellərindən tutub sənətərəf gəlirəm və deyirəm:


Mənimduyğularımı

Göz yaşınaçevirmə...

Səpilməsin gözyaşı-

Mənim sevgidövrümə...


Mən sevginixilas tək

Qarşıladım içimdə!

Bu sevgiyləqurtuldu-

Tənhalıqdan içimdə!


Məni söz-sözçözməyin

Bir az gəzməyingünah...

Gülüm, mənə dözməyin-

Haqqın verəcəkAllah!


***

Çox qəribə birxüsusiyyətim var. Heç vaxt geyindiyimpaltarı süzülüb yararsız olana qədər dəyişmək istəmirəm. Və bir də heç vaxtharasa getmək qərarını verəndə evdən çıxmağa tələsmirəm. Nimdaş paltarımı dəyişəndə elə bilirəm ki, həyatımınhansısa hissəsi məndən ayrılır. Harasagetmək istəyəndə düşünürəm ki, birdən evə qayıtmadım, qoy bir az da ləngiyim. Bu iki halımın qüsur, yoxsa halsızlıq, günaholduğunu bilmirəm. Həqiqətən zaman-zaman bu iki haldan qurtulmaq istəmişəm,bacarmamışam. İndinin özündə də səfərə çıxacağım gün də məlumdur. Hətta filmlərdədeyildiyi kimi, bilet də cibimdədi. Amma heç tərpənmək, bu səfər gününün tez gəlibçatmasını içimdən keçirmirəm. Sizcə bu dəlilikdi, yoxsa başqa bir şeydi? Hərhalda, nəsə bir şey var burda...

İndiki anda mənhəmin o yuxarıda yazdığım fikri söz xatirinə ifadə etmədim. Məqsədim öz içimi,öz düşüncələrimi olduğu kimi çatdırmaqdı. Yəni gedəcəyim ünvanda məni yer üzündəmələk cildində olan bir dost, bir qardaş gözləyir. Və onun varlığı mənim üçün çox önəmli və zəruridi. Yəni Əhmədbəy söykəndiyim dağdı... güvəndiyimucalıqdı... sirrimi söylədiyim və məni səbrlə dinləyən müdrikdi.

Amma neyləyimki, xarakterimdə həmin o qüsur var. Onunla telefon danışığında, internetyazışmalarında ürəyim atlanır, görmək istəyirəm. Lakin yola düşmək məqamını ağlıma gətirəndəduruxuram, tərəddüd edirəm. Bax, bu ziddiyyətlərin içərisində çabalayıb qalandayenə əlimdən sən tutursan. Sənin səsin, sözün, məsləhətin, xeyir-duan, hələ biraz da təkidin işləri öz axarına salır və mən də başlayıram bu axara qoşulmağa. Gedirəm...

Zaman öz sürətiniartırsa da, artırmasa da, hadisələr bir-birini qabaqlayıb-qabaqlamasa da mənimbildiyim budur ki, hər bir işin içərisində ürək olmalıdı, nəfəs olmalıdı. Bax,onda işin nəticəsi də adamın üzünə güləcək, adamla danışacaq, adamı sevindirəcək.Bu mənada səhhətimlə bağlı ürəyimi götürüb getdiyim qardaş məmləkətdə məni gözləyənƏhməd bəyin və doktorum Mustafa bəyin,eləcə də hocam İbrahim bəyin, dostum Rəcəbin və bütün ordakı doğmalarınhamısının üz-gözünün təbəssümünü indidənduyuram. Hiss edirəm ki, görüşümüz ürəyimizcəolacaq. Bu, qardaşların, dostların bir araya gəlməsi kimi yaddaşımızayazılacaq. Və sən də mənim yaşadıqlarımı mütləq hiss edəcəksən. Axı, ürəkdən-ürəyə,könüldən-könülə yollar var, özü də gözlə görünməyən, ruhla duyulan yollar. O məqamaqədər isə mənim sənə ünvanladığım, əslində isə özümə yazdığım bir şeiri də diqqətinəçatdırıram. Necə deyərlər...


Dərdindizinin dibində

Oturubfikrə dalmışam...

Eləbil yüz ildi burda-

Düşübbükülü qalmışam...


Nəəlim Allaha çatır

Nə də ünüm bəndəsinə...

Mən özümüson gücümlə-

Bənd etmişəm, bəndsəsinə!..


Dərdin dizinindibində

Yaşamaq istəyimheçdi...

Bir şair əlicibində-

Bir az əvvəlburdan keçdi!


Hə, yazınınovqatı mənim durumumuq ifadəsidi. Necə deyərlər, elə bil ki, surətini çıxartdımqoydum qəzet səhifəsinə. Siz də öz durumunuzu özünüz qiymətləndirib surətiniçıxarın. Amma üzü qibləyə yox, üzü sevdiklərinizə tərəf!

TƏQVİM / ARXİV