adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Noyabr 2017 17:39
8834
SAĞLAMLIQ
A- A+

TV-yə baxmaq bu qorxulu xəstəliyi yaradır

Uşaqların gün ərzində 3-4 saatdan çox televizora baxması onlarda astma və digər allergik xəstəliklərin yaranma riskini artırır.

Adalet.az xəbər verir ki, azərbaycanlı allerqoloqlar valideynləri diqqətli olmağa səsləyib. Araşdırmalara əsasən, gündə 2 saat televizora baxan uşaqların 6 faizində astma yaranacağı, gündə 2 saatdan çox televizora baxan uşaqlarda isə 2 qat daha çox astma yaranma riskinin olduğu aşkarlanıb.

Allerqoloq Günel Əzməmmədova bildirib ki, uzun müddət televizora baxmaq, hərəkətsiz həyat tərzi piylənməyə də səbəb olur:

"Piylənmə isə astmanın rastgəlmə sıxlığını artırır. Eyni zamanda, döş qəfəsinə təzyiq edir. Döş qəfəsində yağ yığılması nəticəsində ağciyərlərdə qan dövranına təsir edir, bronxların genişlənmə funksiyası azalır.

Piylənmədə leptin deyilən maddənin ifrazı yüksəlir və leptin də ağciyərlərdə, bronxlarda iltihablaşmaya səbəb olur. Həmçinin yuxu pozğunluğuna, arterial təzyiqin yüksəlməsinə və diabetə səbəb olaraq yenə də astmaya mənfi yöndən təsir edir. Piylənmə qızlarda erkən yetişkənliyə, oğlanlarda isə gec yetişkənliyə səbəb olur”.