adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Noyabr 2017 15:37
18955
KRİMİNAL
A- A+

Lənkəranskinin qardaşı deportasiya edilə bilər

Həbsdən buraxıldıqdan sonra İstanbulda mənzillənən məşhur kriminal avtoritet Lotu Qulini öldürmək üçün gedən killerlər qrupunun bəzi üzvlərinin, o cümlədən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin Azərbaycana deportasiyası gözlənilir.

Bu barədə virtualaz.org-a İstanbuldakı mənbələr bildiriblər.

Qeyd edək ki, Namiq Canıyev də daxil olmaqla sui-qəsd planı hazırlayan qrupun üzvləri ötən axşam İstanbulun Baxçalıevlər məhəlləsindəki "Ömür” ticarət mərkəzinin restoranında keçirilən xüsusi əməliyyatda saxlanılıb. Əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib.

Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.