adalet.az header logo
  • Bakı 20°C
03 Noyabr 2017 00:41
14852
LAYİHƏ
A- A+

QAX: BU VƏTƏNİN TORPAĞINA, SUYUNA...

(əvvəli ötən sayımızda)

Hesabat dövründə Aqroservis filialı tərəfindən məhsul istehsalçılarına güzəştli şərtlərlə 1126 ton azot, 27 ton ammofos, 252 ton karbamid, 81 ton nitroamofoska, 176 ton superfosfat, 5 ton fosfor gübrələrinin, həmçinin 3400 litr miqdarında müxtəlif növ pestisidlərin satışı təmin olunmuşdur. Mövsüm ərzində müəssisənin texnikaları vasitəsi ilə 600 hektar sahədə şum,1800 hektar sahədə payızlıq taxılların, 120 hektar qarğıdalı biçini aparılmışdır.
Öyrənirik ki, rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması, həmçinin yazlıq bitkilərin əkininə və payızlıqların biçini ilə əlaqədar 2325 nəfər istehsalçıya 950.3 min manat məbləğində yardımın ödənilməsi təmin olunmuşdur. 83 hektar təkrar əkinlərə görə 32 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 4410 manat məbləğində yardımın verilməsi üçün sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur.
Torpaqların su təminatının yaxşılaşdırılması məqsədi ilə 149.5 min m3 həcmdə lildən təmizləmə, 534 m3 beton kanallarda və 8 ədəd hidropostlarda, 10 ədəd hidroqurğuda təmir işləri aparılmışdır.
Rayon ərazisində sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 581.1 min m3 daşqın və selə qarşı məcratəmizləmə işləri aparılmış, 1181 m3 qabyon və 3025 m3 daş-beton bəndlərdə daşqın və selə qarşı sahilbərkitmə işlərinin aparılması üçün təmir işləri aparılmışdır.
Hesabat dövründə "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq rayonun Qaradolaq kəndində 2 ədəd olmaqla, Almalı, Zəyəm, Lələpaşa və İngiloy-Kötüklü kəndlərində ümumilikdə 6 ədəd subartezian quyusu qazılmışdır.
Ötən dövr ərzində rayonun ərazisində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilmişdir. Şəki-Qax-Zaqatala magistral yol kənarında 780 ədəd, inzibati ərazi dairələrində isə 3500 ədəd müxtəlif növ agacların əkilməsi təmin olunmuşdur. Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 60 hektar meşə əkini, 0.76 hektar sahədə isə ting səpini aparılmışdır.
İlisu Dövlət Təbiət Qoruğu tərəfindən Dövlət yasaqlığı ərazilərində və xüsusi mühafizə olunan təbiət əraziləri ilə həmsərhəd ərazilərdə fauna elementlərinin qorunması və mühafizə rejiminə əməl olunması ilə bağlı tədbirlər davam etdirilmişdir. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsinə zəmin yaradan cins maldarlığın inkişafı və süni mayalandırmanın tətbiqinin daha da genişləndirilməsi istiqamətində aparılan tədbirlər davam etdirilmişdir. Ötən müddət ərzində respublikaya idxal olunan yüksək məhsuldar cins düyələrdən 4 başının 3 nəfər heyvandarlıqla məşğul olan sahibkara 50 faiz güzəştlə lizinq yolu ilə satılması təmin olunmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2.1 ton artaraq 2239.3 tona, süd istehsalı 24 ton artaraq 12074.3 tona, yumurta istehsalı 6 min ədəd artaraq 5 milyon 938 min ədədə çatmışdır. Hesabat dövründə 3 özəl inkubatorda 300 mindən artıq birgünlük cücə çıxarılaraq əhaliyə satılması təmin olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Qax rayonuna göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2006-cı ildən ötən dövr ərzində dövlət başçısı Qaxa 7 dəfə səfər etmişdir. Səfərləri zamanı ölkə Prezidenti rayonda bir sıra sosial-infrastruktur obyektlərinin açılışında iştirak etmiş və görülmüş işlərə yüksək qiymət vermişdir.
03 avqust 2017-ci il tarixdə ölkə başçısı rayona səfəri zamanı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının və 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etmiş, tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olmuşdur.
04 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə rayonda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Müşavirədə ölkə başçısı tərəfindən verilmiş tapşırıq və tövsiyələrin rayonda icrası və qarşıda duran vəzifələr 08 avqust 2017-ci il tarixdə barama, fındıq və tütün istehsalı ilə məşğul olan sahibkarların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş şəkildə müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir. Rayonda baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə "Tədbirlər Planı" hazırlanmışdır.
Qax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2017-ci il tarixli 3148 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə 3.0 milyon manat, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 05 avqust 2017-ci il tarixli 3149 nömrəli Sərəncamı ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2.99 milyon və R-16 Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2017-ci il tarixli 3166 nömrəli Sərəncamı ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 23.3 milyon manat ayrılmışdır.
Hesabat dövründə yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına şəhərin Ü.Hacıbəyov küçəsinə 0.7 km, M.Mustafayev küçəsinə 0.6 km və Dəymədağlı kəndinin giriş hissəsinə 1.2 km hissəsinə yeni asfalt örtüyü salınmışdır.
Hazırda şəhərin C.Əhmədzadə küçəsinə asfalt örtüyün salınmasına başlanılmış, M.Ə.Rəsulzadə və M.Gəncəvi küçələrinə isə asfalt örtüyün salınması üçün hazırlıq işlərinə başlanılmışdır. Şəhərin A.Məmmədov, İ.Dağıstanlı, M.Mustafayev, C.Əhmədzadə, M.Gəncəvi və M.Ə.Rəsulzadə küçələrinin bir hissəsində abadlıq işləri aparılmışdır. Mənzil fondunun əsaslı təmiri ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına Ü.Hacıbəyov küçəsinin 8a, 8b və 8q saylı kommunal yaşayış binalarının həyətində xeyir-şər binası təmir olunmuş, 5 ədəd kommunal yaşayış binasında isə təmir işləri davam etdirilir. Hazırda S.Vurğun küçəsinin 2, 4, 9 və 11 saylı kommunal yaşayış binalarının həyətinə asfalt örtüyünün salınması üçün sənədləşmə işləri aparılır.
Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhərdə 16 kommunal yaşayış binasının fasad hissələrində hörgü və rəngləmə, bloklarında isə təmir işləri aparılmışdır. Heydər Əliyev prospektində 105 və 107 saylı kommunal yaşayış binalarının həyətlərində yerləşən köməkçi tikililərin dam örtükləri əsaslı təmir olunmuş, fasad divarları çay daşı ilə üzlənmişdir.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ