adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Noyabr 2017 17:12
16967
ELM VƏ TƏHSİL
A- A+

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

Noyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Chuanyan” – "Əkiz doqquzlar”ənənəvi Çin bayramınahəsr olunmuş tədbir keçirilib.

Adalet.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovbayramın fəlsəfi məzmunu və kainatın iki əsas elementindən biri olan kişi başlanğıcı "yan” haqqındadanışıb.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bayramın adət-ənənələri və əfsanələri,bayramın kulinariya simvolu olan beş qatlı tort – "chunyang gao”nun hazırlanması, qədim mərasimlərin müasir dövrdə inkişafı haqqında məlumat verib.

Daha sonra Çin fleytasında Orta əsrlər dövrünün məşhur şairi Tau Yuanminin bayramın simvollarından sayılan çiçəklənən xrizantemaları tərənnüm edən ənənəvi melodiyaları-hulusilər səsləndirilib.