adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AQİL ABBAS: 80 MİN ERMƏNİ, 3 MİLYON KÜRD…

AQİL ABBAS
91027 | 2017-11-05 11:07

Bərzani İraq kürd muxtariyyatındabir referendum keçirtdi və muxtariyyatın müstəqilliyini elan elədi. Referendumda, deyəsən 1 milyon 350 min adam iştirak etmişdi. Muxtariyyatın əhalisinin sayını bilmirəm, əgər bu rəqəm seçicilərintəxminən 70 faizini əhatə edirdisə, deməli, bölgədə 3 milyona yaxın adam yaşayır.

Beləliklə, Orta Şərqdə daha bir qan ocağınınəsası qoyuldu. Onsuz da İraq it günündədi. Ölkədə güllədən qorunmaq üçün daş üstə daş daqalmayıb. Bir tərəfdən də yeni bir münaqişə.Münaqişə yox ey, müharibə.

Bu,Bərzaninin ən böyük səhviydi. Yekə-yekə dövlətləryeni bir savaş ortamı yaratmaq üçün onu aldadıb yoldan çıxartdılar.

Əslindəİraqdakı kürd muxtariyyatı tam müstəqil idi,olmayan İraq mərkəzi hökumətini heç vecinə almırdı, istədiyi ölkələrdə həmsiyasi, həm də iqtisadi əlaqələr qurmuşdu. Özünün dövlətlərə mənsub bütün orqanlarıfəaliyyət göstərirdi, nizami qoşunu da vardı. Neft də ki, öz yerində.

Bütünİraq od tutub yanırdı, amma kürd muxtariyyatında qurd quzuyla otlayırdı. Əhali xoşbəxt və əmin-amanlıqda yaşayırdı.Hətta Dubay kimi qara fəhlələri qonşu ölkələrdən gətirirdilər. Qardaş Türkiyəninşərq əyalətlərinin camaatının çörəyi də ordançıxırdı.

Yekə-yekə dövlətlərrazı olmaz axı hanısa bir bölgədə bir xalq adam kimi yaşasın?! Ona görə də tovlayıb yoldan çıxartdılar.

Bu da nəticəsi. Bərzaniözü istefa verdi, parlamenti buraxıldı, üzünə bütün qapılar bağlandı, əmin-amanlıqdayaşayan xalq iki yerə bölündü. İndi qardaş qardaşa silah çəkir, gül kimi yaşayışları əldən getdi. İndi İraqın digər bölgələrindəkiəhali kimi ac-yalavac yaşamağa məhkum ediliblər. Bu xəmir hələ çox su aparacaq.Çünki mayasız xəmirdi. Mayasını xalq özüyoğurmamışdı. Yuxarıda qeyd etdiyim kimi, yekə-yekə dövlətlər yoğurmuşdu. Ona görədə kündələri küt getdi.

Bəli, indi yekə-yekədövlətlər yığışıblar, birləşiblər kürd muxtariyyatını qoz qabığına soxublar. Təbii ki, dünyada yenibir müharibə meydanının qarşısını almağa çalışırlar, sağ olsunlar.

Amma nə böyük ikiüzlülük.

Bölgədəki 3 milyonkürd özünə dövlət qura bilməz. Amma DağlıqQarabağdakı 80 min erməni (özləri 120 min yazır, lap qudursun olsun 140 min, sonra?)özünə dövlət qura bilər! 1 milyon insanın ev-eşiyini yandıra bilər, çöllərə sala bilər, soyqırım törədə bilər. Özünə prezident seçə bilər, parlament yarada bilər, dövlətçünlazım olan bütün atributları yarada bilər .

Dünyanın yekə-yekədövlətləri də , başda ABŞ və Rusiya olmaqla, nəinki buna göz yumar , hətta dəstəkdə verər. Silah verər, sursat verər. Hələ ABŞ departamenti bu terrorçu təşkilata rəsmi bir on milyon, qeyri-rəsmiAllah bilir nə qədər pul da ayıra bilər.

De-yuretanımasalar da, de-fakto tanıyarlar. Ölkələrində onların nümayəndəliklərinin açılmasınaicazə verərlər.

Məmədeyəndən pəpə yeyənə qədər rəsmi dövlət şəxsləriXankəndini az qala su yoluna döndəriblər.Hətta eşşək yarışlarını da izləməyə gəlirlər.Görünür, qan çəkir.

Qarabağlılardemiş, bu nətəər olur,ə ?..

Oyekə-yekə dövlətləri atdım bir kənara, onlarıbaşa düşürük.

Bərzaniməsələsində qardaş Türkiyə ilə dost İran birləşdilər və Bərzaniyə öz yerini göstərdilər.

Qadanızıalım, bəlkə Dağlıq Qarabağ məsələsində də bir araya gələsiniz?

Bumümkün deyilmi?

Sualımçətin olmadı ki?!

TƏQVİM / ARXİV