adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MİÇEL AĞDAMDA HAMAM MƏHLƏSİNDƏNDİ

NİCAT NOVRUZOĞLU
62097 | 2017-11-03 10:05

«Qarabağ»ı sevməyənlərbu komandaya ləkə atmaq üçün özlərini öldürürlər. Və nə isə axtarıb-tapırlar. Sonra da sosial şəbəkələrdə,saytlarda müzakirəyə çıxarırlar.

Madriddəki möhtəşəm oyunlardan sonra indi də belə bir mövzuatıblar ortalığa, zaman-zaman bu mövzuya qayıdırlar: «O nə «Qarabağ» komandasıdıey, cəmi iki qarabağlı oyunçusu var».

Təbii ki, bunu deyənlərfutboldan çox uzaq adamlardı, «Qarabağ» komandasından da heç xəbərləri yoxdu.

Birincisi, klubdaağdamlıların, daha geniş anlamda götürsək, qarabağlıların sayı çoxdu: həm məşqçilərkorpusunda, həm futbol akademiyalarında yetişdirilən uşaqların arasında, həm dəinzibati sahədə. İstəyirsiz, bir-bir adlarınıda yaza bilərəm.

İkincisi, ölkəninfutbol klublarında Qarabağ futbol məktəbinin, Ağdam futbol məktəbinin yetişdirdiyifutbolçuların, məşqçilərin sayı istənilənqədərdi. Eləcə də futbol akademiyasındakı cocuqların sayı. Elə məndə olanməlumata görə, təkcə Qəbələdə Futbol akademiyasında Qarabağı demirəm, elə təkcəAğdamdan 4-5 uşaq var. Özü də ümidvericidilər.

Sağ olsun klub rəhbərləri,onların tapşırığı ilə komandaların seleksiyamütəxəssisləri rayonları gəzir, istedadlıuşaqları tapıb akademiyalara cəlb edirlər.Eləcə də Ağdamdan.


Görəsən, «Real» Madriddəneçə madridli oynayır, xəbəriniz varmı? Heç bir dənə də. Və yaxud dünyanın başqaöndə gedən komandalarının oyunçularının neçəsi təmsil etdiyi şəhərdəndi? Bu futboldu, dostlar.

İndi qayıdaq Ağdamın«Qarabağ» komandasına. İki qarabağlı…

Ağdamrayonundan 6 minə yaxın şəhid var. Bunların hamısı ağdamlı deyil ki? Azərbaycanın bütün bölgələrindən qeyrətli oğullarkönüllü olaraq gəlib Ağdamda düşmənlə savaşırdılar və şəhid olurdular. Qanları Ağdam torpağına qarışırdı. Ağdamda üç Şəhidlik Xiyabanı vardıvə onların çoxu da həmin xiyabanlarda dəfn olunurdu. Və onlar hamısı ağdamlıydılar.

Lağeləyənlər, bir gedin Quzanlıya, Şəhidlər Xiyabanına. Orda ağ mərmərin üzərinə Ağdamdaşəhid olan igidlərimizin adları həkk olunub. Baxın, o adlara, orda yüzlərlə ad taparsınız ki, onların heç biri Ağdamda doğulmayıb,amma Ağdamda şəhid olub, ağdamlı olublar.

Qayıdaqfutbola. Ağdam bir neçə məhləyə bölünürdü:İmarət məhləsi, Aj məhlə, Tox məhlə, Bulvar məhləsi, Qaraçılar məhləsi, Hamam məhləsi,Pərioğullar, Muradbəyli, Sarıtəpə, Bazar və sair və ilaxır. Özü də bu məhlələr arasındailboyu futbol yarışı keçirilirdi.

Görünür,siz «Qarabağ»ın oyunçularının tərcümeyi-halını yaxşı bilmirsiz. Məsələn, Miçel bizdən üç tino tərəfdə Hamam məhləsindəndi (görmürsüz, elə bil gündə üç dəfə çimir). RəhmətlikBəhruz Axundovgillə qonşudu. «Qarabağ»ın ulduzu, məşqçisi, Milli Qəhrəman AllahverdiBağırovla, «Qarabağ»ın fədaisi, kapitanı,məşqçisi Adil Nadirovla, onun qardaşı şəhid General Ərşadla (Vüqar Nadirovun atası)bir məktəbdə, Süleyman Zeynalovun məktəbində (1 nömrəli məktəb) oxuyurdu. Mən məktəbibitirəndə o, birinci sinifə gəlirdi. Cılız bir uşaq idi.

RiçardAlmeyda Qaraçı məhləsindəndi. «Qarabağ»ın bir vaxtlar ulduz futbolçusu olmuş Qaraçı Əlövsətgilin qapıbir qonşusudu.

AğdamdaBakıdakı Milyonerlər məhləsi kimi şəhərin mərkəzində bir bölgə vardı, ora Tox məhlə deyirdilər.Yekəlik olmasın, mən də o məhlədə doğulmuşam.Dani Kintana məhlə uşaqlarının kapitanıydı.

AnsiAqolli Aj məhlədəndi. «Neftçi»nin məşhur futbolçuları Elbrus Abbasov və Hüseyn Əhmədovun və «Qarabağ»ın bir vaxtlar ən məşhur bombardiri Şəfəq Hümbətəliyevin oxuduğuƏli Eyvazovun məktəbini ( 2 nömrəli məktəb)bitirib. Məktəbdə oxuyanda yaxşı da voleybol oynayırdı.

PedroEnrike də Aj məhlədəndi. O məhlə uşaqları çox davakar olur. Tox məhlənin uşaqlarınada göz açmağa imkan vermirdilər. Ona görə də Madriddə özünü saxlayabilməyib «Atletiko»nun oyunçusunababat bir karate təpiyi vurub.

Siyahını uzadım, yoxsa bəsdi?

Hə,qaldı Qurban Qurbanov. İmarətdəndi. O İmarətdənki gün gələcək orda heykəli qoyulacaq. Elə gözünü açandan stadionu görmüşdü.

Sonda. Hər kim ki Qarabağ üçün can yandırır, dilindən, dinindən, millətindənasılı olmayaraq Qarabağlıdır!

Hər kim ki Azərbaycan üçün can yandırır, dilindən, dinindən, millətindənasılı olmayaraq Azərbaycanlıdır!


TƏQVİM / ARXİV