QOL-un içi

NİCAT NOVRUZOĞLU
44234 | 2017-11-01 18:12

Dünən"Qarabağ”ın qoluna "QOL” qışqıranlarmilyonlarla idi. Hətta onlar bu QOL-ugözləyənlərdən də çox idi. Çünki öz meydanında İspaniyanın "Atletiko” klubu ilə0-0 edən "Qarabağ” klubunun səfərdə qol vuracağına inananlar bu qolaqışqıranlardan çox ola bilməzdi. Bu reallıqdır. Amma Qarabağ dünənki oyunda bufikri darmadağın etdi. Oyunu ilə sübut etdi ki, hər oyunun, hər dəqiqənin özhökmü var.

Bəli, dünən bütün azərbaycanlılar,bütün türklər və onları sevənlər bir ağızdan QOL qışqırdılar. Uşaqlar daqışqırdı, qocalar da qışqırdı, lallar da qışqırdı, korlar da qışqırdı, həttahələ danışmayan beşikdəki körpələr də qışqırdı.

Bu qol o qollardan deyildi. Bu qolhəmişə bizə hətta 3 xal qazandıran qollardan da deyildi. Bu qolda bir həsrətvar idi. Bu qolda bir sevgi var idi. Bu qolda bir döyüş var idi. Bu qolda birvüsal var idi. Bu qolda bir güc var idi. Bu qolda bir Qarabağ var idi, birAğdam var idi, bir AZƏRBAYCAN var idi, bir VƏTƏN var idi. Bu qolda dövlətimizə,dövlətçiliyimizə bir töhfə var idi. Uğurlu xarici siyasətə verilən töhfə. Buqolda birlik var idi. Bu qolda xoşbəxtlik var idi. Bu qolda söz var idi, iddiavar idi, məqsəd var idi. Topun özü də sevinirdi bu qola.

Bu qolda bir reytinq var idi. UEFAreytinqi. Qrup mərhələsinin 4-cü turunda keçirilən qarşılaşma UEFA reytinqinidəyişdi. Belə ki, xalını 20,500-əçatdıran "Qarabağ” 1 pillə irəlilədi. Hazırda Avropada 65-ci olan"Qarabağ" "İnter”,"Trabzonspor”, "Marsel”, "Vest Hem” kimi klubları qabaqlayır.

Bütündünyanı silkələdi bu qol. Bütün stadionun səsi batdı. Yalnız "Qarabağı”ınazarkeşlərinin səsi eşidildi - QOL.

Bu üç hərfi necə gözləyirdiksə, bax elə o həsrətlə dəbağırdıq. Bağırıb QOL-u içimizdənçıxardıb yolladıq Qarabağa. Var gücümüzlə yolladıq. Və bizi gözləyən o Qarabağa,o cənnət diyara bəyan etdik ki, biz bunu edəcəyik. Biz üç hərfli sözü bağıra-bağırasənə gələcəyik. Bu söz QOL olmayacaq. QOLu artıq bağırmışıq. Bu, URA olacaq.



TƏQVİM / ARXİV