adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Noyabr 2017 16:39
19011
KRİMİNAL
A- A+

Xaçmazda 30 min manatlıq qızıl oğurlayan tutuldu

27 oktyabrdaə Xaçmaz RPŞ-nə rayon sakini şikayət ərizəsi ilə müraciət edərək, ona məxsus Xaçmaz rayon Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.

Şikayətçi öz ərizəsində bildirib ki, ona məlum olmayan tarixdə fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığı sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri 30.000 (otuz min) manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Dərhal keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni həmkəndlisi olan Qafarzadə Seymur tərəfindən torədildiyi məlum olub.

Polis əməkdaşları tərəfindən tutularaq Rayon Polis Şöbəsinə gətirilib. O, hadisəni törətdiyi etiraf edib, oğurlanan qızıl-zinət əşyalar maddi sübut kimi ondan götürülüb.

Tutulan S.Qafarzadə əvvəllərdə iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.